Modern.az

Yazıçılar Birliyində 3 dildə kitab təqdimatı olub

Yazıçılar Birliyində 3 dildə kitab təqdimatı olub

Education

10 Oktyabr 2014, 11:20


Oktyabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazar Pərvin Nurəliyevanın üç kitabının təqdimat mərasimi keçirilib.

Modern.az ayb.az saytına istinadən xəbər verir ki, gənc yazıçının Azərbaycan dilində “Söhbətlər”, türk dilində “Balerin”, rus dilində “Dlya Samira” kitabları ictimaiyyətə təqdim olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin  gənclər üzrə katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid açıb.

Katib gənc yazıçının yaradıcılığı haqqında iştirakçılara məlumat verib:

“Pərvin Azərbaycan Yazıçılar Birliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin məzunudur. Gənc yazıçı 2010-cu ildən AYB-nin üzvüdür. Ədəbi mühitə gəldiyi ilk vaxtlarda mətbuatda esselər, kiçik hekayələr, publisistik məqalələrlə çıxış edib. Yazıları “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” dərgilərində, “525-ci qəzet”, “Zerkalo” qəzetlərində işıq üzü görüb.

Gənc yazar “Qar yağacaq” kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb. “Balerina” povesti isə ölkəmizdə keçirilən Milli Kitab Mükafatının ikincisi olub.

2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Pərvin ədəbiyyat üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb”.

Daha sonra xalq şairi Fikrət Qoca da Pərvin haqqında danışıb:

“Pərvin istedadlı bir gənc yazardır. İndi yazar sözü onun üçün sözlərin ən uyğunudur. Gəncdir, istedadlıdır, hələ yolun əvvəlindədir. Zaman onun istedadından yonub nə düzəldəcək onu gələcək zaman bilir, bir də Pərvin özü bilir. Mən Pərvinə yaradıcılıq uğurları arzulayıram”. 

Xalq şairi Fikrət Qocadan sonra professor Qəzənfər Paşayev, tənqidçi Vaqif Yusifli, AYB katibi İlqar Fəhmi gənc yazarın yaradıcılığı barəsində fikirlərini bildiriblər. Sonda gənc yazıçı tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı