Gürcüstan NATO-nun bütün meyarlarını yerinə yetirəndən sonra mütləq alyansın üzvü olacaq. Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi məlumata görə, bunu Şimali Atlantika blokunun yeni baş katibi İyens Stoltenberq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşün yekunları haqda danışarkən bildirib.
“Gürcüstan son illərdə NATO-ya yaxınlaşıb. Biz 2008-ci ildə alyansın Buxarest sammitində qəbul edilən qərara sadiqliyimizi təsdiq edirik. Və biz sizi bu istiqamətdə dəstəkləməkdə davam edəcəyik” – bəyan edib Stoltonberq. “Gürcüstan – NATO-nun ən sadiq tərəfdaşlarından biridir və o, alyansın sülhməramlı əməliyyatlarında böyük rol oynayır”.Modern.az