Modern.az

“Azərbaycanda ixtisaslı kadrlara, yüksək keyfiyyətli toxumlara ehtiyac var”

“Azərbaycanda ixtisaslı kadrlara, yüksək keyfiyyətli toxumlara ehtiyac var”

Təhsil

20 Noyabr 2014, 12:19



“Dövlət büdcəsinin neft amilindən asılılığı ildən-ilə azalır. Bu, qeyri-neft sektorunda innovasiyalı texnologiyaların inkişafı ilə bağlıdır”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, fermerler il ərzində 55-60 milyon manat subsidiya ala biləcəklər. Komitə sədri bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə 2015-ci il ərzində ayrılacaq kredit və subsidiyaların miqdarı 236 milyon manat olacaq.
Deputat bitkiçilik və heyvandarlıqda inkişafın ləng getdiyini də söyləyib. Eldar İbrahimovun fikrincə, bunun qarşısını almaq üçün bu sahələrə ayrılan vəsait artırılmalıdır: “İxtisaslı kadrlara, yüksək keyfiyyətli toxumlara və heyvanların ölkəyə gətirilməsinə ehtiyac var”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı