Modern.az

“Xaricdəki diplomatlarımız bizi areoportda qarşılamır”

“Xaricdəki diplomatlarımız bizi areoportda qarşılamır”

Təhsil

16 Dekabr 2014, 13:01


“Beynəlxalq tədbirlərdə Azərbaycan parlamentinin üzvlərini ölkəmizi xaricdə təmsil edən diplomatik korpuslar qarşılamır”. Modern.az saytı xəbər verir ki, bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycanın xaricdəki səfirləri parlament nümayəndələrini aeroportda qarşılamır: “Biz görmüşük ki, başqa ölkələrin parlamentarilərini beynəlxalq tədbirlərdə səfirlər qarşılayır və ya onları qəbul edir. Amma bizim səfirlər bizi heç çay süfrəsinə də dəvət etmir. Xarici İşlər Nazirliyi problemi həll etsə, yaxşı olar”.

Deputat bu yaxınlarda İtaliyada keçirdiyi görüşləri nəzərdə tutaraq iradını söyləyib.

Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycanın İtaliyadakı səfiri olduqca təcrübəli diplomatdır: “Ona görə də dediklərinizə məəttəl qaldım. Yəqin ki, məsələni araşdıracağıq”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı