Modern.az

Leyla Əliyeva rusiyalı qonaqları Gəncəyə aparıb - FOTOLAR

Leyla Əliyeva rusiyalı qonaqları Gəncəyə aparıb - FOTOLAR

Təhsil

23 Dekabr 2014, 21:55


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlar dekabrın 23-də Gəncədə olublar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyev park-kompleksi haqqında qonaqlara məlumat verərək deyib ki, 350 hektar ərazisi olan park şəhər sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından biridir. Burada Heydər Əliyev Mərkəzi, müstəqil Azərbaycanın uğurlarının rəmzi olan Zəfər tağı, amfiteatr, Gənclər Sarayı, Müasir İncəsənət Muzeyi və əyləncə mərkəzləri yaradılıb.

Leyla Əliyeva və qonaqlar hündürlüyü 41 metr olan Zəfər tağına çıxaraq park- kompleksi seyr etdikdən sonra fəvvarələr xiyabanından keçərək Heydər Əliyev Mərkəzinə gediblər.
Mərkəzlə tanışlıq çərçivəsində Leyla Əliyeva burada IDEA İctimai Birliyinin Gəncə Şəhəri Resurs Mərkəzinin açılışında iştirak edib.

Rəmzi açılışı bildirən lenti kəsən Leyla Əliyeva kollektivə xoş arzularını çatdırıb.

Leyla Əliyeva onun ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim etdikdən sonra Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış olub. Leyla Əliyeva burada toxunması başa çatan xalçanın kəsilməsi prosesində iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti xalçanı “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə edib.

Qonaqlar Heydər Əliyev park-kompleksində İDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma marafonunda iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan çinarı əkiblər.

Gəncəlilərin sevimli istirahət yeri olan Xan bağına gələn Leyla Əliyeva və rusiyalı qonaqlar burada sakinlərlə söhbət ediblər.

Leyla Əliyevanı və qonaqları gəncəlilər adından salamlayan şair Rübail şeir söyləyib. Akademik Fuad Əliyev isə ölkədə, eləcə də Gəncədə keçirilən yaşıllaşdırma marafonunun bəhrələrindən danışaraq bu işin təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Məqbərəni ziyarət edən Leyla Əliyevaya və rusiyalı qonaqlara mütəfəkkir şair haqqında, onun yubiley tədbirlərində iştirak edən görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verilib.













Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı