Modern.az

Yuşşenko: “Ukraynada münaqişə həll edilməzdir”

Yuşşenko: “Ukraynada münaqişə həll edilməzdir”

Təhsil

21 Fevral 2015, 23:20

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun fikrincə, nə Mİnsk, nə Normand formatındakı danışıqlar ölkənin şərqindəki böhranın həllinə kömək ola bilməz. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu fikirləri fevralın 20-də Belçikanın Antverpen şəhərində Ukrayna diasporunun nümayəndələri ilə görüşündə deyib.

Keçmiş prezident öz fikrinin izahında qeyd edib ki, hər iki formatda münaqişənin iki tərəfinin iştirakını nəzərdə tutulmur: “Belə ki, Normand formatında münaqişə tərəfi kimi yalnız Ukrayna təmsil olunub, Fransa, Almaniya və Rusiya isə formal olaraq müşahidəçi xarakterində idi. Minsk əlaqə qrupunda da situasiya oxşardır: Ukrayna münaqişə tərəfi kimi təmsil olunub, müşahidəçilər kimi  ATƏT və Rusiya, qondarma Donetsk və Luqansk xalq respublikalarının nümayəndələri isə razılaşmanı imzalasalar da, vəzifələrini göstərmirlər, yalnız ad və soyadlarını yazırlar”.

Yuşşenko belə bir fikir də söyləyib ki, Kiyevin qərarı ilə sülhməramlı kontingentin cəlb olunması da çox gözlənilməz nəticələnə bilər: “Cavab bizim üçün çox gözlənilməz ola bilər, əgər Cənubiu Osetiya və Abxaziya modeli ilə getsək, harada ki, işğalçı, təcavüzkar sülhməramlı olub. Biz istəmirik ki, Rusiya əsgərləri sülhməramlı dəbilqə geyinib sülhməramlı olsunlar”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı