Modern.az

Səudiyyə şahzadəsi moda jurnalının baş redaktoru olacaq

Səudiyyə şahzadəsi moda jurnalının baş redaktoru olacaq

Aktual

13 İyul 2016, 23:48

Condé NastInternational məşhur dəb jurnalının yeni “Vogue Arabia” versiyasını buraxacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, Yaxın Şərqdəki lüks bazar 9 milyard dollar dəyərləndirilir.

Ərəb dilindəki “Vogue”nin baş redaktoru Şərqin ən dəbli və ən mütərəqqi qadınlarından biri – Səudiyyə Ərəbistanının şahzadəsi Dina Əbdüləziz – şahzadə Əbdüləziz bin Nasir bin Əbdüləziz əl-Saidin arvadı və üç uşaq anası olacaq.

Şahzadə D’NA-nın iki dəbli geyimlər butikini açıb – birini Ər-Riyadda, ikincisini Qətərin paytaxtı Dohada.

Şərqin varlı və yaraşıqlı, eyni zamanda dəbdən və zinət əşyalarında  qadınlarından başı çıxan fərqli olaraq Dina Əbdüləziz qısa saça üstünlük verir. Ən başlıcası isə onun baxışlarıdır: Səudiyyə Ərəbistanının şahzadəsi müsəlman aləmində qadınların rolunu açıq şəkildə dəstəkləyir.

Bir sözlə, ekspertlər Dina Əbdüləzizin üslubunu Şərq və Qərb arasında ideal kompromis kimi dəyələndirirlər. O, adətən ictimaiyyət arasına müasir, rahat paltarda çıxır, zaman-zaman dizdən yuxarı yubka da geyinə bilər. Ərəb şahzadəsi belə mütərəqqi brendlərin paltarlarını sevir – Altuzarra, Miu Miu, Giambattista Valli, Moncler, Jason Wu, Sonia Rykiel, Chloé, Vera Wang, Rodarte и Prabal Gurung. А дизайнер Кристиан Лубутэн (Christian Louboutin).

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok