Modern.az

“Zeynəb Xanlarova lazım biləcəyi təqdirdə Floraya cavab verəcək” - AÇIQLAMA

“Zeynəb Xanlarova lazım biləcəyi təqdirdə Floraya cavab verəcək” - AÇIQLAMA

Mədəni̇yyət

26 Avqust 2016, 17:54

“Xalq artisti, deputat Zeynəb Xanlarova Flora Kərimovanın ittihamından xəbərsizdir. Özü hazırda xaricdədir”. Bunu Modern.az-a açıqlamasında Zeynəb Xanlarovanın köməkçisi Maral Bayramova deyib.

Onun sözlərinə görə, Zeynəb Xanlarova lazım biləcəyi təqdirdə, ittihamlara cavab verəcək. M.Bayramova deputat-müğənninin adından əlavə heç nə deyə bilməyəcəyini vurulayıb.

Qeyd edək ki, xalq artisti Flora Kərimova “Bizimyol.info”ya açıqlamasında Zeynəb Xanlarovanın səsinin olmadığını bildirib.

“Zeyəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur... Sadəcə o elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir”. 

 

Namidə Bingöl

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü