Modern.az

1 sentyabr-Bilik günündən BDU gününə

1 sentyabr-Bilik günündən BDU gününə

Mədəni̇yyət

1 Sentyabr 2016, 17:37

Fikrət Şiriyev


Yadınızdadırsa, bir neçə il qabaq Avropanın ən böyük futbol klublarından biri olan Madridin “Atletika” komandası Azərbaycanın adını yaxalarına yazmışdı. Doğrusu, bu böyük qürur doğururdu ki, dünyada milyonlarla insanın baxdığı bir yerdə ölkəmizin adı var. Bəziləri bunu qısqanclıqla qarşılasa da, mən hesab edirdim ki, bizim dünyaya tanınmağımız, Avropa tərəfindən qəbul olunmağımız üçün digər siyasi gedişlərlə birgə belə addımlar da atılmalıdır. Bəzi gözügötürməyənlər müxtəlif yozum versə də, mən bir ziyalı kimi deyirəm ki, bizə Evrovizion da, Avropa oyunlarının keçirilməsi də, Formula-1 yarışlarının təşkili də lazımdır. Yenə qeyd edirəm ki, beyinlərdə olan psixoloji baryeri, sterotipləri sındırıb Azərbaycanın Avropanın bir hissəsi kimi qəbul edilməsi üçün. Açığı, 10-15 il bundan əvvəl Avropa ölkələrində ezamiyyətdə olarkən çoxu Azərbaycanı tanımırdı, yaxud hardasa belə bir  ölkənin olduğunu eşitdiyini deyirdi. Bu gün bəlkə də hər bir Avropalı ya Azərbaycanda olub, ya yarışları izləyib, ya da ən azı  ölkəmiz haqda müəyyən məlumatı var. Bu, kifayət qədər böyük hadisədir- qısa müddət ərzində- Avropanın yaddaşına yazıla bilmişik. Ancaq indi gəlin məsələyə başqa prizmadan baxaq: tutaq ki, İngiltərənin, ya Fransanın belə bir təqdimata ehtiyacı varmı? Yaxud onlar istəyərmi ki, hansısa futbol komandasında idmançıların yaxasına Fransa yazılsın? Yox, əlbəttə,yox! Çünki, 500, 600 illik dövlətçilik tarixi olan, oturuşmuş, hamının tanıdığı bir dövlətin belə tanıtımlara ehtiyacı yoxdur. Bakı Dövlət Universiteti olaraq, biz də təxminən o vəziyyətdəyik. Oturuşmuş, artıq özünü təsdiq etmiş, xalq arasında nüfuzu olan bir ali məktəb kimi reklama ehtiyacımız yoxdur. Bəzən bizdən soruşurlar ki, siz niyə Universitetin tanıdılması, görülən işlərin təbliği üçün bir iş görmürsünüz. Əslində, bizim buna ehtiyacımız yoxdur. Bu il qəbul imtahanlarında BDU-ya 4798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. 4798 tələbədən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 1 nəfərin seçimi də BDU olub. Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə 3 dildə-Azərbaycan, rus və ingilis dillərində  tədris prosesi gedir. BDU-da tələbələrə dünyanın 14 dili öyrədilir. Riyaziyyat, Fizika, Kimya, Biologiya kimi dərindən öyrədilən fundamental elmlərlə yanaşı İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Yaşıl kimya, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar tədris edilir.

Xalqın mənəvi böyüklüyühün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədi, hər bir ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını ölkəmizdə şərəflə yerinə yetirən, Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində əvəzsiz rolu danılmaz olan Bakı Dövlət Universitetinin yaranması günü - 1 sentyabr Universitet günü kimi qeyd edilə bilərmi?

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü