Modern.az

Bakı Slavyan Universitetində “Kamilliyə gedən yol” kitabının təqdimatı olub

Bakı Slavyan Universitetində “Kamilliyə gedən yol” kitabının təqdimatı olub

Aktual

13 Noyabr 2016, 14:06

Bakı Slavyan Universitetində tanınmış ictimai-siyasi xadim, professor Şahlar Əsgərovun “Kamilliyə gedən yol” kitabının təqdimatı olub. 


Modern.az xəbər verir ki, təqdimatda universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. 


Tədbirdə çıxış edən universitetin rektoru Nurlana Əliyeva Ş.Əsgərovun təhsil sahəsindəki səmərəli fəaliyyətindən, elmi-pedaqoji işlərindən, yeni kadrların hazırlanmasındakı rolundan və “Kamilliyə gedən yol” kitabının elmi məziyyətlərindən ətraflı danışıb. O, alimin dəqiq elmlər sahəsində çalışmasına baxmayaraq, gənclərin təlim-tərbiyəsinə, onların dünyagörüşünün formalaşmasına xüsusi diqqət yetirdiyini qeyd edib. Rektor bu kitabın da dünya təhsil sisteminin ən yaxşı nailiyyətlərinin araşdırılmasına həsr edildiyini bildirib. 


Çıxışında dünya təhsilinin hazırki mənzərəsini təsvir edən müəllif Ş.Əsgərov reytinq cədvəllərinin hazırlanması prinsiplərinə toxunub, Türkiyənin iki universitetinin həmin cədvəllərdə yer aldığını bildirib. Alim gələcəkdə Azərbaycan universitetlərinin də həmin cədvəllərdə yer ala bilmək üçün çalışmalarının zəruri olduğunu vurğulayıb. 
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Digər çıxış edənlər “Kamilliyə gedən yol” kitabında alimin problemə yanaşma tərzinin, müqayisə üsullarının yeni və orijinal olduğunu bildiriblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir