22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Toy və yas məclislərinin xoşagəlməz qonaqları - QARINQULULAR
Toy və yas məclislərinin xoşagəlməz qonaqları - QARINQULULAR
18.03.2017, 11:42

Bir müddət əvvəl toy və yas mərasimlərində israfçılığın qarşısının alınması üçün hamı “səfərbər” oldu. Hamı asdı-kəsdi, tövsiyələr, bəyanatlar verdi. Amma çiyafda... Deyir, “dəyirman öz işindədir, çax-çax baş ağrıdır”. Pafoslu çıxışlara rəğmən, yenə də ehsan süfrələrində “stoliçni” salatdan tutmuş, “quş südü”nə qədər hər təamı dadmaq imkanına malikik. Toylar da ki, öz yerində...
Bu dəfə toxunmaq istədiyim məsələ, mərasimin sahibi yox, qonaqları ilə bağlıdır. Məclis sahibi süfrəni geninə-boluna açanda, istər toya, istərsə də yasa gələnlərin böyük çoxluğunu yalnız bir məsələ düşündürür: qarnını doyurmaq. Nə ölü yiyəsinin dərdinə şərik çıxırlar, nə də toy yiyəsinin sevincinə...

 

“Din çox yeməyi haram sayır”

 

Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı Moden.az-a deyib ki, ilk baxışdan sadə görünən bu mövzunun arxasında ciddi problemlər var:

 

“Hər bir sosial sistemin davranışındakı xüsusiyyətlər onun daxilindəki problemlərdən xəbər verir.  İndi bizdə çox yayılan bu qarınqululuq xüsusiyyəti necə qiymətləndirilə bilər? Hansı tərəfdən  baxsaq, ancaq mənfi bir xüsusiyyətdir. Elə ilk olaraq onu qeyd etmək lazımdır ki, islam dininin özü qarınqululuğa çox tənqidi münasibət bəsləyir. İslamda çox yemək haram sayılır. Yəni məsləhət görülür ki, yemək yedikdə, süfrədən bir az ac olaraq əl çəkilsin. Qarınqululuq isə  nəinki bir az ac olmaq, həm də qədərindən artıq yeməkdir. Bu mənada bütün qarınqulu adamlar haram işlə məşğuldur. Ümumiyyətlə, İslamda istənilən israfçılıq haram sayılır. Məlumdur ki, İslamda yalnız o şeylər haram sayılır ki, onlardan ziyan, insan üçün təhlükə gəlir. Bu, işin dini tərəfi”.

 

Qarınqululuq bir çox xəstəliklərin əsasını qoyur

 

Ə.Qəşəmoğlu bildirib ki, bir çox xəstəliklərin mənbəyi də qarınqululuqdur:

 

“Qarınqululuq əksər halda şişmanlıq, artıq çəki yaradır ki, bu da müxtəlif xəstəliklərin riskini xeyli artırır. Ümumiyyətlə ta qədimdən,  mədəni insanlar arasında qarınqululuq bir mədəniyyətsizlik sayılır. Bir yadınıza salın, hətta toyda belə süfrə arxasındakılardan biri qarınululuq edəndə ətrafdakılar ona bir qədər rişxəndlə baxırlar. Qarınqululuq eyni zamanda iradəsizlik əlamətidir. Bütün Şərq müdrikliyi, o cümlədən bütün dinlər, eləcə də Nəsrəddin Tusinin “Əxlaqi - Nasiri” bizə öyrədir ki, o insan gözəl əxlaqlı, mədənidir ki, o öz nəfsini tərbiyə edə bilir. Qarınqulu adam kənardan hər kəsə deyir ki, bu adam öz qidalanmaq nəfsini tərbiyə edə bilmir. O zaman onun başqa nəfslərini idarə edə bilməməsi ehtimalı da yaranır. Qarınqululuq israfçılıq olduğu üçün ciddi iqtisadi ziyan da vurur. Estetik cəhətdən eybəcərlik yaradır. Beləliklə, hansı cəhətdən yanaşsaq, qarınqululuq istər fərd, istərsə də cəmiyyət üçün mənfi göstəricidir”.

 

“Mərasimlər yeyib-içmək məclisinə çevrilib”

 

Sosioloq hələ də camaat arasında “yeyib-içən oğlan olmaq”ın bir tərif kimi səslənməkdə olduğunu təəssüflə qeyd edib:

 

“Bu baxımdan indi bizim toylarımız, bəzi yas mərasimlərimiz cəmiyyətimizin çox tənqid olunan göstəricəlirinə çevrilib. Ayıb sayılacaq bir haldır.  Neyləməli? Qarınqululuq bir davranış formasıdır. Hər bir davranış formasını da formalaşdıran konkret amillər var. Bu amillər əsasən aşağıdakılardır:

1) mühit, cəmiyyət;
2) informasiya, maariflənmə dərəcəsi;
3) fərdin, sosial qrupun üstünlük verdiyi dəyərlər.

Deməli, konkret olaraq aşağıdakı işlər görülməlidir. Bu toy mafiyası nə qədər müqavimət göstərsə də, indiki toy qaydaları tezliklə aradan götürülməlidir. Hər bir müasir toy süfrəsi xalqımız üçün antireklamdır. İctimai-iaşə yerlərində aşırı qidalanma qınaq obyektinə çevrilməlidir. Qarınqululuğun fəsadları ilə bağlı ciddi maarifləndirmə işləri aparılmalı, mənfi davranış forması kimi ciddi tənqid obyekti sayılmalıdır. Sağlam qidalanma davranışı bizim mədəniyyət sistemimizə dərindən daxil olmalıdır.

Təəsüf ki, indiki vaxtda xeyir, şər məclislərimiz öz mahiyyətinə, fəlsəfəsinə görə təşkil olunmur. Xüsusilə toy məclisləri yeyib-içmək məclislərinə çevrilib. Əslində toya getməlidirlər ki, toy sahibinin sevincinə şərik olmağa. İndi nə baş verir? Toy sahibi əsasən qonaqları dəvət edir ki, toy xərclərini çıxara bilsin. Qonaq yaxın günlərdə bir neçə toya çağrıldığı üçün bir qədər gərgin halda toya gəlir. Toy sahibinin sevincinə şərik olmaq əvəzinə ancaq yeyib-içməklə məşğul olur. Masa üzərində əndazədən çıxmış sayda lazımlı və lazımsız yeməklər qalaqlanır. Təbii ki, həmin yeməklərdən növbəti gün şadlıq sarayında keçiriləcək toy üçün də saxlanılır”.

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb
22.11.2017, 18:37

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

Rusiya Azərbaycana qaz nəql edəcək
22.11.2017, 18:04

Rusiya Azərbaycana qaz nəql edəcək

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək
22.11.2017, 17:50

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi
22.11.2017, 17:45

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ
22.11.2017, 17:40

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu
22.11.2017, 17:33

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
22.11.2017, 17:30

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib
22.11.2017, 17:29

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
22.11.2017, 17:25

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”    
22.11.2017, 17:16

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”  

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı
22.11.2017, 17:12

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”
22.11.2017, 17:08

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX
22.11.2017, 17:06

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

ARXİV