23 iyul 2017, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - “Aprel döyüşləri”ndən yaxşı serial çəkmək olardı...
“Aprel döyüşləri”ndən yaxşı serial çəkmək olardı...
08.04.2017, 09:15

Müxtəlif hadisələrin tamaşaçılara çatdırılmasının ən uğurlu  audiovizual forması elə televiziya kanallarında yayımlanan seriallardır. Bu hadisə uydurulmuş da ola bilər, reallığın müəyyən qədər dəyişdirilmiş versiyası da. Azərbaycanda hələ yenicə formalaşan teleserial sənayesi adətən, məişət mövzularına müraciət edir. Halbuki, daha önəmli mövzular var və bunlar gözardı edilir. Elə götürək vətənpərlik mövzusunu. Məsələn, yenicə 1 illiyini qeyd etdiymiz “Aprel döyüşləri”, Lələtəpə, Talış yüksəkliklərinin düşməndən təmizlənməsi, Milli qəhrəmanlar Murad Mirzəyev, Samid İmanovun göstərdikləri şücaət seriallar üçün yaxşı mövzu deyildimi?.. Niyə Azərbaycanda bu mövzular üzrə yaxşı ssenari yaza bilmirlər?

Bir çox ziyalılar, jurnalistlər, ictimaiyyət nümayəndələri bildirirlər ki, “Aprel döyüşləri”ndən çox yaxşı serial çəkmək olardı... Amma təəssüf ki, bu istiqamətdə çaba göstərən yoxdur. Elə telekanallar da bunda maraqlı deyil. Əks halda, Azərbaycan TV-ləri Milli Teleradio Şurası vasitəsilə dövlət büdcəsindən onlara serial çəkilişi üçün ayrılan pulları ucuz və bayağı məişət-kriminal mövzulu filmlərə xərcləməzdilər.

Bu məsələdə qardaş Türkiyə ssenaristlərindən nümunə götürmək olar. Son illər türkiyəli ssenaristlər bir-birinin ardınca türk Ordusunun PKK terrorçularına qarşı apardığı savaş, şəhidlər, müharibə qəhrəmanları mövzularında baxımlı seriallar çəkməklə həm də ölkədə vətənpərvərliyin təbliğinə öz töhfələrini verməkdədirlər. İndi Türkiyədə Ordunun terrorçularla mücadiləsindən bəhs edən filmlər kiçikdən-böyüyə hamının sevimli dizilərinə çevirilib.

Bəs Azərbaycanda?..

Jurnalist, teletənqidçi Qulu Məhərrəmov Modern.az-
a bildirib ki, bizim serialların mövzusu Azərbaycan reallığı və düşüncəsi ilə  sıx bağlı deyil.

“Adətən teleseriallar xırda məişət mövzularını əhatə edir. Bəzən onların ekran həlli çox uğursuz olur. Biz auditoriyaya, xüsusilə də gənclərə, yeniyetmələrə milli dəyərlər, vətənpərvərliklə bağlı ciddi mesajlar verməliyik. Televiziyalarda verilişlər kimi, seriallarda da dayazlıq müşahidə olunur. Məsələn, “Aprel döyüşləri” ilə bağlı yaxşı ssenari müsabiqəsi elan etmək olar. Lakin bunu televiziyalara yox, istehsal studiyalarına həvalə etmək lazımdır. Bununla da  insanlar həqiqi qəhrəmanlığın  nə olduğunu bilsinlər. Son illər baş verən  hadisələrin gedişatında çox ciddi milli xarakter daşıyanMilli qəhrəmanlarımız oldu. Əlbəttə, millətin, gənclərin vətənpərvərlik ruhunu yüksəltməyə böyük ehtiyac var. Mən arzulayardım ki, bunlar seriallarda öz əksini tapsın”.

Jurnalist, ssenarist Arzu Soltan isə məsələyə fərqli yanaşır. O deyir ki, vətənpərvərlik seriala sığan mövzu deyil.

“Əslində vaxt azlığından hazırda seriallara baxmıram. Lakin təkcə Azərbaycanda deyil, eləcə də dünyada serialların yayımlanma məqsədi  insanların asudə vaxtını dəyərləndirməkdir. Seriallar adətən  ötən bölümün təkrarı ilə başlayır və tamaşaçını intizarda saxlamaq üçün həyəcanlı  hadisə ilə qutarır. Nəticə olaraq tamaşaçını bir neçə saatlıq gündəlik qayğılardan uzaqlaşdırır. Ümumiyyətlə, seriallar qlobal mövzularda olmur. Onun məqsədinə  məişət mövzuları daha uyğundur.  “Media savadlılığı” deyilən anlayış var və insanların xəbər, film, seriallardan aldığı informasiyanı  analiz etmək, qiymətləndirmək  və  istifadə etmək bacarığıdır. Bir çox ölkələrdə bu, dərs olaraq tədris olunur. Azərbaycanda isə yoxdur. HalbukiŞ çox önəmli bir şeydir. Tamaşaçı bilməlidir ki, serialda həqiqət yoxdur. Bunlar hamısı ssenaristlər, rejissorlar tərəfindən uydurulmuş hadisələrdir. Vətənpərvərlik isə seriala sığan mövzu deyil. Vətənpərvərlik hər kəsin, hər sahədə öz işini vicdanla yerinə yetirməsidir”.

Teletənqidçi Zeynal Məmmədli Modern.az-a deyib ki, vətənpərvərlik mövzusu həssas münasibət tələb edir.

“Serial mədəniyyəti bizdə təzə-təzə  formalaşır. Bunun çəkiliş qrupu, konsepti, aktyor seçimləri, özəlliklə də maliyyə qaynaqları var. Ona görə də indi bu sahədəki  prosesi  məşq adlandırmaq olar. Vətənpərlik  çox həssas mövzudur. Daha böyük təcrübə və məsuliyyət tələb edir. Məsələn, gələn il  Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Bununla bağlı  elə indidən hazırlıqlara başlansa, tenderlər, müsabiqələr elan edilsə, yaxşı olar. Belə təcrübələr olmadığı halda, bu mövzuda seriallar necə çəkilsin?. Vətənpərvərliklə yanaşı, istifadə edilməyən digər önəmli mövzular da var. Lakin təəssüf ki, təkcə məişət dramlarına yer verilir”.


Günay Rəsulqızı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
BMT Təhlükəsizlik Şurası Qüdsdəki vəziyyəti müzakirə edəcək
23.07.2017, 00:24

BMT Təhlükəsizlik Şurası Qüdsdəki vəziyyəti müzakirə edəcək

Ağdamsızlığın 24 ili
23.07.2017, 00:10

Ağdamsızlığın 24 ili

Yaşayış binasında yanğın: 8 nəfər təxliyyə edildi
22.07.2017, 23:57

Yaşayış binasında yanğın: 8 nəfər təxliyyə edildi

Trampın şəxsi vəkili istefa verib
22.07.2017, 23:43

Trampın şəxsi vəkili istefa verib

İran yeni raketlərin istehsalına başlayıb
22.07.2017, 23:27

İran yeni raketlərin istehsalına başlayıb

Azərbaycanlı cüdoçu Minskdə erməni rəqibinə qalib gəlib
22.07.2017, 23:09

Azərbaycanlı cüdoçu Minskdə erməni rəqibinə qalib gəlib

Fransada məscidin qapısına donuz asılıb
22.07.2017, 22:53

Fransada məscidin qapısına donuz asılıb

Qızılın qiyməti yenidən ucuzlaşıb - VİDEO
22.07.2017, 22:42

Qızılın qiyməti yenidən ucuzlaşıb - VİDEO

Romada içməli su böhranı yaşana bilər
22.07.2017, 22:29

Romada içməli su böhranı yaşana bilər

Bodrum sahillərində daha iki zəlzələ olub
22.07.2017, 22:15

Bodrum sahillərində daha iki zəlzələ olub

Ləvənginin içindən qurd çıxdı - VİDEO
22.07.2017, 22:03

Ləvənginin içindən qurd çıxdı - VİDEO

Misirdə 28 nəfərə edam cəzası verilib
22.07.2017, 21:57

Misirdə 28 nəfərə edam cəzası verilib

Dağlıq Qarabağın ziyalıları - İsi Hacıyev
22.07.2017, 21:45

Dağlıq Qarabağın ziyalıları - İsi Hacıyev

Taliban Əfqanıstanda 70 sakini girov götürüb
22.07.2017, 21:34

Taliban Əfqanıstanda 70 sakini girov götürüb

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN
22.07.2017, 21:30

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN

Konstitusiya Məhkəməsi yeni qərarını açıqladı
22.07.2017, 21:20

Konstitusiya Məhkəməsi yeni qərarını açıqladı

Türkiyə hər zaman Azərbaycanın yanındadır - VİDEO
22.07.2017, 21:06

Türkiyə hər zaman Azərbaycanın yanındadır - VİDEO

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
22.07.2017, 20:49

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Ərdogan fransalı həmkarı ilə anlaşdı
22.07.2017, 20:35

Ərdogan fransalı həmkarı ilə anlaşdı

Filippində fövqəladə vəziyyətin müddəti uzadılıb
22.07.2017, 20:23

Filippində fövqəladə vəziyyətin müddəti uzadılıb

İyul ayında dolu yağdı
22.07.2017, 20:09

İyul ayında dolu yağdı

İstirahətə gedən ailə qəzaya düşdü: 6 yaralı
22.07.2017, 19:54

İstirahətə gedən ailə qəzaya düşdü: 6 yaralı

I və IV qrupların imtahanlarındakı testlərin düzgün cavablarını açıqlandı   
22.07.2017, 18:20

I və IV qrupların imtahanlarındakı testlərin düzgün cavablarını açıqlandı  

Ermənistan Avropa Məhkəməsinə göndərilən şikayətlərə görə 1-ci yerə çıxdı
22.07.2017, 18:00

Ermənistan Avropa Məhkəməsinə göndərilən şikayətlərə görə 1-ci yerə çıxdı

Jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabı çıxdı   
22.07.2017, 17:51

Jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabı çıxdı  

Zərdabinin ölümü və dəfni haqqında bilmədiklərimiz - Sabirin təklifi, ermənin hiyləsi...
22.07.2017, 17:37

Zərdabinin ölümü və dəfni haqqında bilmədiklərimiz - Sabirin təklifi, ermənin hiyləsi...

Bakıda piyadanı öldürən “Galendewagen”in sürücüsü tutuldu - RƏSMİ
22.07.2017, 17:05

Bakıda piyadanı öldürən Galendewagenin sürücüsü tutuldu - RƏSMİ

Paytaxtdakı yanğında 4 müəllim və 5 abituriyent ZƏHƏRLƏNİB   
22.07.2017, 16:46

Paytaxtdakı yanğında 4 müəllim və 5 abituriyent ZƏHƏRLƏNİB  

Yaqub Mahmudovdan dərslik qalmaqalına REAKSİYA
22.07.2017, 16:38

Yaqub Mahmudovdan dərslik qalmaqalına REAKSİYA

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisaslar açılıb
22.07.2017, 16:15

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisaslar açılıb

İlham Əliyev Misir Prezidentini təbrik edib
22.07.2017, 16:09

İlham Əliyev Misir Prezidentini təbrik edib

Kooperasiya Universiteti açıqlama yaydı: “Yanğın təhsil ocağına maddi ziyan vurmayıb”   
22.07.2017, 16:00

Kooperasiya Universiteti açıqlama yaydı: “Yanğın təhsil ocağına maddi ziyan vurmayıb”  

“Jurnalistlərə görə məndən incik düşən xeyli deputat var” - MÜSAHİBƏ
22.07.2017, 15:48

“Jurnalistlərə görə məndən incik düşən xeyli deputat var” - MÜSAHİBƏ

Bəzi universitetlərdə təhsil haqqı artırılıb - QİYMƏTLƏR
22.07.2017, 15:31

Bəzi universitetlərdə təhsil haqqı artırılıb - QİYMƏTLƏR

I və IV qrupların imtahanlarında qaydaları pozanların nəticələri ləğv olundu   
22.07.2017, 15:13

I və IV qrupların imtahanlarında qaydaları pozanların nəticələri ləğv olundu  

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.23%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(70.3%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.70%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.46%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(22.2%)