25 iyul 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Atəşkəs dövründə 32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub - RƏSMİ  
Atəşkəs dövründə 32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub - RƏSMİ  
05.07.2017, 17:04

Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində  Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

“Biz heç bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun- müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, erməni xisləti öz mənfurluğundan əl çəkmir. 1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra əlavə olundu.

Biz hüquqi dövlət qurmuşuq. Və bütün məsələlərində hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq. Ermənistan da BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya etmişdir. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir. İstər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirirlər. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

 Bu gün hər bir vətəndaş, o cümlədən, Azərbaycan qadınları da ölkə başçısının ədalətli mövqeyini dəstəkləyir. Bu, dövlətlə xalqının, ordunun birlik və  bərabərliyinin təcəssümüdür. Xalqımız bu münaqişənin beynəlxalq çərçivədə sülh yolu ilə həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir.

Biz, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə , Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.

Biz bir daha Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olan  Füzuli rayonunun Alxanlı kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə və 2 yaşlı Quliyeva Zəhranın  ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan Quliyeva Sərvinazın  tezliklə şəfa tapmasını diləyirik.  Daha nə qədər uşaq və dinc əhali amansızcasına  qətlə yetirilməlidir ki, dünya ictimaiyyəti bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirsin”.  

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18
25.07.2017, 22:28

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18

Oğru binanın şaxtasında qaldı - VİDEO
25.07.2017, 22:13

Oğru binanın şaxtasında qaldı - VİDEO

Münaqişə bəçaqlanma ilə sonuclanıb
25.07.2017, 21:57

Münaqişə bəçaqlanma ilə sonuclanıb

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
25.07.2017, 21:42

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  
25.07.2017, 21:38

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi
25.07.2017, 21:28

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
25.07.2017, 21:13

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
25.07.2017, 20:58

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
25.07.2017, 20:44

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində
25.07.2017, 16:55

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində

“İrəli” gəncləri “Feel Like a European” layihəsində
25.07.2017, 16:39

“İrəli” gəncləri “Feel Like a European” layihəsində

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi
25.07.2017, 16:29

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vəndaşlığı verildi

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 
25.07.2017, 16:24

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi
25.07.2017, 16:17

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi

Turizmdə gürcü sindromu   
25.07.2017, 16:10

Turizmdə gürcü sindromu  

Azərbaycan dövlətinin uğurlu media siyasəti
25.07.2017, 16:00

Azərbaycan dövlətinin uğurlu media siyasəti

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı   
25.07.2017, 15:47

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı  

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı   
25.07.2017, 15:20

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı  

Mərakeş səfiri Tərcümə Mərkəzində
25.07.2017, 15:10

Mərakeş səfiri Tərcümə Mərkəzində

XXI əsrin qadınları tüklənir - PROBLEM   
25.07.2017, 15:00

XXI əsrin qadınları tüklənir - PROBLEM  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.70%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.9%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.5%)
- İmtahanlar asan keçdi(2.70%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.40%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.5%)