Modern.az

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Mədəni̇yyət

25 İyul 2017, 21:38

Moruğun sağlamlıq üçün faydaları çoxlarımıza məlumdur. Soyuqdəymə zamanı ilk anda şəfamızı moruq çayında axtarırıq. Mövsümündə isə yəqin ki, ətirli moruqdan heş kim imtina etməz.

Son dövrdə alimlər moruğun orqanizm üçün daha bir möcüzəvi faydasını aşkar ediblər.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Amerikalı alimlər son tədqiqatlar zamanı belə qənaətə gəliblər ki, moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir. Bağırsaqlarında xərçəng şişləri olan heyvanların üzərində aparılan eksperimentlər ağlasığmaz nəticələr verib. Belə ki, xəstə heyvanların qida rasionuna yalnız moruqdan hazırlanmış cövhər daxil edilib. Nəticədə bağırsaqlarda olan xərçəng şişləri hüceyrələri tamamilə məhv olub.

Hazırda amerikalı mütəxəssislər tədqiqatlarının təkmilləşdirilməsi üzərində çalışırlar.

Moruğun əsas faydalarından biri isə kişi sağlamlığına müsbət təsiridir. Məhz moruğun tərkibində olan maqnezium kişilərdə testosteronun səviyyəsinin normada olmasını təmin edir. Bununla yanaşı moruq kişi spermasının oksidləşməsinin də qarşısını alır.

Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə mövsümündə moruqdan bolluca istifadə edin. Həm ətrindən zövq alın, həm də xoşagəlməz xəstəliklərdən özünüzü sığortalayın.


İlham Cəmiloğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı