Modern.az

Aşıq Əli özünü arıqladıb: “İdman etməmişəm, amma bu yol əməliyyat da deyil” - FOTO  

Aşıq Əli özünü arıqladıb: “İdman etməmişəm, amma bu yol əməliyyat da deyil” - FOTO   

8 Yanvar 2018, 17:32

Aşıq Əli Tapdıqoğlu son günlər xeyli çəki atması ilə gündəmə gəlib. Sənətçinin “İnstaqram” hesabında paylaşdığı son fotosu da müzakirələrə səbəb olub.


İzləyicilər  Aşıq Əlinin “Bunlar mənim ürəklərimdir” şərhi ilə yerləşdirdiyi şəkildəki şəxsin özü olub-olmamasını soruşublar. Həmçinin, aşığın plastik əməliyyatla xeyli çəki atdığı fikirləri səsləndirilib. Qeyd edilir ki, o, Türkiyədə mədəkiçiltmə əməliyyatı etdirib.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Aşıq Əli ilə əlaqə yaradıb. O saytımıza aəməkdaşımıza bildirib ki, səsləndirilən fikirlər həqiqət deyil: 


“Mənim plastik əməliyyatla çəki atmağım yanlış informasiyadır. Görürsünüz, siz danışmadan məsələnin nə olduğunu bildim. Mən bir daha  vurğulayıram ki, yalandır! Şəklə diqqətlə baxın, bəli, o mənəm. Hər halda uşaqlardan da bunu bilmək mümkündür. Düzdür, mən xeyli çəki atmışam, amma əməliyyatla yox”.

Aşıq Əli  “xeyli çəkini necə atdınız”  sualını belə cavablandırıb:

“İdman etməmişəm. Amma axır ki, bir yolla özümü arıqlatmışam. Sadəcə bu yol əməliyyat deyil”.


 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü