20 iyun 2018, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda niyə istefa mədəniyyəti yoxdur...
Azərbaycanda niyə istefa mədəniyyəti yoxdur...
03.04.2018, 11:56

Rusiyada 64 nəfərin ölümü ilə nəticələnmiş yanğından sonra Kemerovo vilayətinin qubernatoru könüllü istefa verdi. Aman Tuleyev dövlət başçısı Vladimir Putinə göndərdiyi istefa ərizəsinin ardından yaydığı videomüraciətdə qərarı özü üçün doğru, məntiqli, yeganə düzgün addım hesab etdiyini bildirib.  O, “belə bir ağır yüklə qubernator postunda qalmaq olmaz, mənəvi olaraq mümkün deyil”, deyə vurğulayıb.

 

Qonşu ölkənin rəhbər vəzifədə əyləşənlərinin sərigələdiyi bu nümunəni görəndə istər-istəməz “bizdə niyə istefa mədəniyyəti formalaşmayıb” sualına cavab axtarırsan. Yəni bizdə bu tip hadisələr olmur? Bəlkə 2015-ci ildə Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli binadakı yanğın zamanı ölən 15 nəfər, yaralanan 65 nəfər bizdən deyildi?...
Yoxsa Xətai rayonundakı digər çoxmərtəbəli binadakı yanğın Azərbaycanda olmayıb?
Ya da narkotik asılılığından qurtulmaq üçün Respublika Narkoloji Mərkəzinə sığınarkən yanaraq külə dönən və hələ qırxı çıxmayan 30-dək insan da bizdən deyildi?... Məgər Xəzəri özünə qəbir edən neftçilər qeybdən gəlmişdilər?..


Siyahını nə qədər desəniz uzadarıq, amma bu hadisələrə görə istefa verən bir nəfər vəzifəli şəxsə rast gələ bilmərik. Çünki bizdə bu tip hadisələrin günahkarı ya “JEK” müdiri, ya da müavinləri olur.


Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Moden.az
-a deyib ki, yaxın keçmişdə Azərbaycanda könüllü istefa verənlər olub:


“1993-cü ildə hərbi qiyamdan sonra kütləvi istefaların şahidi olmuşduq. Çünki hakimiyyət bu qiyamın qarşısını ala bilməmişdi. Vaxtilə Vəfa Quluzadə, Tofiq Zülfüqarov, Eldar namazov könüllü olaraq istefa veriblər. Sizinlə tam razıyam və təəsüf edirəm ki, istefa mədəniyyəti Azərbaycanda geniş yayılmayıb. Bunun da bir sıra səbəbləri var. Bu həm ənənələr, həm də dövlətçilik tarixilə bağlı məsələdir. 1918-1920-ci illərdə bizim qısamüddətli dövlətçilik tariximiz olmuşdu. O zaman istefa mədəniyyəti açıq şəkildə görünürdü. Cümhuriyyət dövründə hökumət bir neçə dəfə istefa vermiş, yenidən təşkil olunmuşdu. Bolşeviklər Azərbaycanı zəbt edəndən sonra ölkədə tamam yeni qaydalar tətbiq olundu. Kommunistlərin dövründə Azərbaycanda o ideologiya formalaşdı ki, kimsə tutduğu vəzifədən istefa verə bilməz. Yəni bu, mümkün deyildi. İstefanın verilməsi birbaşa həmin şəxslərin həbsinə gətirib çıxarırdı. Mərhum Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının sədrliyindən istefa verməsindən sonra ona qarşı təzyiqlər artdı. Yəni rejim istefa verilməsi zamanı təhlükəsizliyi təmin etmirdi. Müstəqillik dövründə də kiçik fraqmentlər şəklində istefaların şahidi olduq”.

 


Hüquqşünasın sözlərinə görə, hazırda Azərbaycanda bəziləri təyin edildiyi vəzifənin ömürlərinin sonuna qədər sahibi olduğunu düşünür:

“Şəxs vəzifəyə təyin olunduğu kimi, azad da edilə bilər. Yəni bu, onun iradəsindən asılı məsələ deyil. Təəssüf ki, bəziləri vəzifəyə mülkiyyət, onun sahibi kimi baxırlar. Ona görə də vəzifədən gedəndən sonra ağır vəziyyətə düşürlər, səhhətləri kəskin pisləşir. Elə düşünürlər ki, vəzifədən çıxarılıblarsa, atılmış insanlardırlar. Bu səbəbdən də vəzifədən möhkəm yapışmağa çalışırlar. Bu, idarəçilik mədəniyyətidir. Vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən insanlar var, hətta onlar belə müxtəlif yollarla vəzifədə qalmağa çalışırlar. Və buna nail də olurlar. Ümid edək ki, bu proses Azərbaycanda da geniş vüsət alacaq. Öz işinin öhdəsindən gələ bilməyən, yaxud xəstəliklə bağlı məmurlar istefa verəcək. Bir məsələ də var. Bizdə şəxs vəzifədən gedəndən sonra ictimaiyyətdə ona “vurulmuş” adam kimi baxılır. Bu yanaşmalar dəyişməlidir. Qəribədir ki, bəzi hallarda “vurulan” şəxslər tez bir zamanda müxalifət cəbhəsinə keçirlər, dövlətçilik əleyhinə hədyanlar yağdırmağa başalyırlar. Amma istənilən halda istefa bir mədəniyyətdir və biz bunun Azərbaycan modelinin inkişaf etdirilməsinə nail olmalıyıq”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsini qazandı
19.06.2018, 23:57

Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsini qazandı

Bakının iki rayonu susuz qalacaq
19.06.2018, 23:45

Bakının iki rayonu susuz qalacaq

ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir
19.06.2018, 23:18

ABŞ Rusiyanı adekvat cavab verəcəyi ilə hədələyir

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu
19.06.2018, 22:57

Ağdaşda 17 yaşlı qızı zorla qaçıranlar tutuldu

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu
19.06.2018, 22:41

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı
19.06.2018, 22:22

Ağsuda ər arvadını namaz qılarkən bıçaqladı

İŞİD liderlərindən biri də məhv edildi
19.06.2018, 22:11

İŞİD liderlərindən biri də məhv edildi

Azərbaycan nefti bahalaşıb
19.06.2018, 21:59

Azərbaycan nefti bahalaşıb

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR
19.06.2018, 21:46

Dünya Çempionatı-2018: Futbol bayramının gözəlləri - FOTOLAR

Ağsuda 20 yaşlı qız intihar etdi
19.06.2018, 21:29

Ağsuda 20 yaşlı qız intihar etdi

Erməni hərbçilər qəzaya düşdü
19.06.2018, 21:19

Erməni hərbçilər qəzaya düşdü

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO
19.06.2018, 21:02

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI
19.06.2018, 20:39

Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü
19.06.2018, 20:28

Bir gündə 250 nəfər zəhərləndi: 3 uşaq öldü

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR
19.06.2018, 20:17

Mübariz İbrahimovun xatirəsi məzarı başında anıldı - FOTOLAR

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı
19.06.2018, 20:02

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO
19.06.2018, 19:37

İmişlidəki zəhərlənmədən yeni XƏBƏR - “7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılıb” - FOTO

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu
19.06.2018, 19:04

Dünya Çempionatı-2018: Kolumbiya yaponlara uduzdu

Nazir zəhərlənən pambıqçıların yanına getdi
19.06.2018, 17:48

Nazir zəhərlənən pambıqçıların yanına getdi

19.06.2018, 17:40

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi - Oyunların dəqiq vaxtı məlum oldu - YENİLƏNİB

Çin və Şimali Koreya liderləri görüşdü
19.06.2018, 17:38

Çin və Şimali Koreya liderləri görüşdü

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək
19.06.2018, 17:24

Göyçayda selin dağıtdığı körpü tezliklə istifadəyə veriləcək

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi
19.06.2018, 17:17

Bu ölkədə çoxarvadlılıq qanunla qadağan edildi

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü
19.06.2018, 17:07

Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü

İtaliyada 60-a yaxın mafioz tutuldu
19.06.2018, 16:55

İtaliyada 60-a yaxın mafioz tutuldu

General Manvelin arvadı da “tuşonka” ilə ələ keçdi
19.06.2018, 16:38

General Manvelin arvadı da “tuşonka” ilə ələ keçdi

Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə
19.06.2018, 16:16

Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə

İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”
19.06.2018, 16:04

İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”

Hindistanda 500 min insan faciə ilə üzləşib
19.06.2018, 15:36

Hindistanda 500 min insan faciə ilə üzləşib

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü
19.06.2018, 15:30

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb
19.06.2018, 15:20

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb

Zakir Həsənov yeni hərbi hissənin açılışında - FOTOLAR
19.06.2018, 14:53

Zakir Həsənov yeni hərbi hissənin açılışında - FOTOLAR

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ
19.06.2018, 14:35

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi
19.06.2018, 14:07

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi

Deputatın toxunulmazlıq hüququ ləğv edildi
19.06.2018, 13:54

Deputatın toxunulmazlıq hüququ ləğv edildi

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.1%)
Braziliya(20.2%)
Almaniya(13.1%)
İngiltərə(5.05%)
Portuqaliya(14.1%)
İspaniya(5.05%)
Fransa(5.05%)
Belçika(1.01%)
Seneqal(3.03%)
Rusiya(17.1%)