Modern.az

Rafael və Coşqun əsgərlər qarşısında - VİDEO  

Rafael və Coşqun əsgərlər qarşısında - VİDEO   

Mədəni̇yyət

7 Aprel 2018, 15:27

“Bu şəhərdə” teatrı  aprelin 4-də Cəbrayıl rayonun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Ordusunun Aprel qələbəsinə həsr olunmuş konsert verib.

 

Bu barədə Modern.az-a “Bu şəhərdə” komanadasının baş prodüseri və ssenaristi Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, konsert Cocuq Mərcanlı kəndinin Mədəniyyət evində baş tutub.

“Biz həmin kəndə gedəndə bildik ki, orada ilk konserti biz vermişik. İndiyə qədər heç kim həmin Mədəniyyət evində konsert verməyib. Biz Cocuq Mərcanlı kəndində Aprel döyüşlərində iştirak etmiş və hazırda orada hərbi xidmət keçən əsgər və zabitlərimiz üçün konsert proqramı ilə çıxış etdik. Çox gözəl konsert keçdi. Biz orada əsgər və zabitlərimizn ruh yüksəkliyini gördük. Bir yerdə nahar etdik. Həmçinin, Aprel döyüşlərində şəhid olan şəxslərin məzarını ziyarət etdik”.

Müşfiq Abbasov deyib ki, “Bu şəhərdə” komanadası gələcəkdə Cocuq Mərcanlı kəndinin sakinləri üçün də konsert verməyi planalaşdırır.

“Konsert zamanı əsgər və zabitlərimiz dedilər ki, yaxşı olar ki, bu, ənənə halını alsın. Biz də fikirləşirik ki, hər il aprel ayında əsgər və zabitlərimizin qarşısında çıxış edək. Biz güclü ordumuzun köməkliyilə erməni təcavüzkarlarından işğal altında olan digər torpaqlarımızı da azad edəcəyik. Aprel zəfəri təkrarlanacaq. İnşallah, gələn il “Bu şəhərdə” komandası növbəti konsertini Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və digər rayonlarda verər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü