Modern.az

Bakı Zooparkı yay rejiminə keçir - Heyvanlar balaladılar  

Bakı Zooparkı yay rejiminə keçir - Heyvanlar balaladılar   

Mədəni̇yyət

28 Aprel 2018, 13:51

Bakı şəhər Zooloji parkı mayın 1-dən etibarən  yay rejiminə keçid edəcək. Artıq bununla bağlı zooparkda müəyyən işlər görülüb.

Bu barədə Modern.az saytına  Bakı şəhər Zooloji Parkının ornitologiya şöbəsinin  müdürü Aynur Hacıyeva məlumat verib. O deyib ki, yay rejimi ilə əlaqədar əsas dəyişikliklər qida rasionu istiqamətindədir:


“Belə ki, tərəvəzlərin  miqdarı artıb,  ətin miqdarı isə  nisbətən  azaldılıb.  Ətə tələbatı  olan əsas heyvanlar yırtıcılardır.  Onların orqanizmində  balansın pozulmaması  üçün  yayda  ət bir qədər  azaldılır . Digər heyvanların qida rasionunda isə  meyvə və tərəvəzlərə  daha çox üstünlük verilir”.

A.Hacıyeva qeyd edib ki, Bakı şəhər Zooloji parkında  növbəti dəyişikliklər yeni doğulan bala heyvanlarla bağlıdır:

“Dəvə, poni, cırtdan keçi, emu, tirendaz (oxatan kirpi), dəniz donuzundan balalar almışıq. Hazırda Zooparkda 1240 heyvan var”.

Müsahibimiz həmçinin zooparkda gedən təmir işlərindən də söz açıb:

“Hələ ki təmirlə bağlı olaraq Bakı Şəhər Zooloji parkına yeni heyvanların gətirilməsi gözlənilmir. Axırıncı dəfə oktyabr ayında bağladığımız müqaviləsi ilə  Moskvadan heyvanlar gətirilib.  Bunlar qulaqlı göy qırqovul və  xalçavari pitondur (ilan növüdür) .

Təmir işlərinin nə zaman bitəcəyi isə dəqiq bilinmir. Çünki hər şey xırdalığına kimi ölçülüb-biçilir. Lakin  Bakı Şəhər Zooloji parkı  çox gözəl proyektlə inşa ediləcək”. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü