Modern.az

Rasim Balayev daha səhnəyə qayıtmaq istəmir  

Rasim Balayev daha səhnəyə qayıtmaq istəmir   

Mədəni̇yyət

29 Aprel 2018, 10:52

Azərbaycanın xalq artisti, istedadlı aktyor Rasim Balayevin səhhəti normallaşıb. Bu barədə Modern.az-a R.Balayev özü məlumat verib.
 

Bu ilin mart ayında Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuş aktyor ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:

 

“Demək olar ki, yaxşıyam. Aradabir həkim müayinəsinə gedib-gəlirəm. Nəticələr pis deyil. Həm yaş da artıq öz sözünü deyir, nə etsək də qocalırıq”.

 

Yenidən səhnələrə qayıtmasına gəlincə, aktyor Azərbaycan kinosunun hazırkı vəziyyətindən xeyli şikayətlənərək, bu barədə düşünmədiyini vurğulayıb.

 

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alındı. Xalq artistinin müalicə xərcləri dövlət tərəfindən ödənilib. R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü