Modern.az

“Turizm cənnəti” Altıağacda bir gün - REPORTAJ

“Turizm cənnəti” Altıağacda bir gün - REPORTAJ

30 May 2018, 12:25

“Təbiət evimizdir” layihəsi çərçivəsində bölgələrimizi qarış-qarış gəzmək çox yaxşıdır. O səbəbdən ki, üzərində dayandığımız məmləkəti daha yaxından tanıyırıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu dəfə jurnalistləri Altıağac Milli Parkına aparmışdı. Modern.az-ın əməkdaşı da səfərə çıxan KİV- nümayəndələri arasındaydı.



Göy qurşağına bənzəyən Xızı dağları

Altıağac Milli Parkı Siyəzən və Xızı ərazisində yerləşir.

Yolboyu göy qurşağına bənzəyən Xızı dağlarını seyr etmək insana bir başqa zövq verirdi. Adətən uzun yol qət edərkən bir müddət boz-bulanıq dağlara baxmaq adamı yorur. Amma Xızı dağları rəngarənglik baxımından fərqlidir. Dondan-dona girməklə insan beynini dincəldir. Görünür əbəs yerə şəninə mahnı yazmayıblar... Gedək gəzək, biz Xızı dağlarını....

Həm getdik, həm də gəzdik. Xızı ərazisində turizm və istirahət üçün çox yaxşı şərait yaradılıb. Xızıya, Altlıağaca getməyənlər, bu yayı mütləq gedib yaxşıca dincələ bilərlər. Bu yay mövsümündə Azərbaycanın “turizm cənnəti" sayılan Altıağaca daha çox turistin gələcəyi gözlənilir.
 

Ayı balasının baxışları

Altıağac Milli Parkının ərazisində 500-ə yaxın heyvan növü qorunur. Burada məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin  kimi növlərə rast gəlinir. Milli Parkda adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir. 



Milli Parkın direktoru Göycə Musayev Ekoturizm və İnformasiya Mərkəzində KİV nümayəndələrinə xüsusi mühafizə olunan təbiət ərazisi haqqında məlumat verib.

Cənubi Qafqazda ilk və yeganə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası də məhz Altıağac Milli Parkındadır. Klinikada vəhşi heyvanların cərrahiyə və saxlanma otaqları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin vəhşi quşlar və vəhşi heyvanlar üçün qəfəslər mövcuddur.

“Dəmir barmaqlıqlar arasında balaca ayı balası saxlanılır, o müəyyən yaşa çatdıqdan, öz qayğısına qala bilmək və yem tapmaq xüsusiyyətləri formalaşdıqdan sonra vəhşi təbiətə buraxılacaq. Ayı balası tam sağlamdır və hələlik burada saxlanılır. Təbiətdə bu və ya digər səbəblərdən zədə alan heyvanlara da klinikada ixtisaslı baytar həkimlər tərəfindən baxılır, müayinələrdən keçirilir”, - deyə H.Əlizadə əlavə edib. 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü