Modern.az

İki dəfə fikrini dəyişən müğənni “Maşın”dan getdi

İki dəfə fikrini dəyişən müğənni “Maşın”dan getdi

Mədəni̇yyət

10 İyun 2018, 00:33

“Maşın” realiti-şousunun 16-cı buraxılışının daha bir günü geridə qalıb.  Modern.az xəbər verir ki, bu dəfə səsverməyə müğənni Rahidə Baxışova çıxıb. O, əvvəlcə bildirib ki, səs topladığı təqdirdə Əməkdar artist Abbas Bağırovu oyundan uzaqlaşdıracaq.

Amma realiti-şounun sonuna yaxın Rahidə Baxışova fikrini dəyişərək aktirisa hədəfinin Pərvin Abıyeva olduğunu qeyd edib.

Şounun sonunda 46,34 faiz səslə Rahidə uduzub və evə özü getməli olub.

Qeyd edək ki, hazırda şou aparıcı Aytən Səfərova, blogger Hüseyn Əzizoğlu, əməkdar artist Abbas Bağırov, müğənni Roza Zərgərli, reper Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü