Arxiv
29 Yanvar 2019, 14:20 | MƏDƏNİYYƏT
Lahıc sənətkarları giley-güzar etdilər - REPORTAJ - FOTOLAR  

Yolumuz Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıca idi.  1500 illik tarixi özündə əks etdirən bu qəsəbə, təbiiliyini qoruyub saxlayıb.  Çay daşından olan yolları, göz oxşayan tarixi evləri, gözəl mənzərəsi və mehriban insanları Lahıcı başqa yerlərdən fərqləndirir.


Tarixə səhnə olan  Lahıc 1980-ci ildən muzey-qoruğa çevrilib. Bu qəsəbəni fərqləndirən digər cəhət özünəməxsus dilinin olmasıdır.

Modern.az-ın əməkdaşı Lahıcda qısa müddətə olmağı fürsət bilib bu tarix qoruğundan reportaj hazırlamağı qərara alıb. Bakıda qar, buz görməsək də Lahıcın küçələri buz bağlamışdı. Yayda qoruq ərazisində turistlərin çoxluğu müşahidə olunsa da, qışda bura səyahət edənlərin sayında ciddi azalma olur.


Misgərlik

Lahıc qəsəbəsi həm də misgərləriyin vətənidir desək, yanılmarıq. XIX əsrin ortalarında Lahıcda 200-dən artıq sənətkar emalatxanası fəaliyyət göstərib, 127 növ peşə sahəsi mövcud olub. Hal- hazırda davam etdirilən misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik, zərgərlik, xalçaçılıq, toxuculuq və s. peşələr  bunlardan yalnız bir neçəsidir


Misgər İlqar İsmayılovun əl işlərindən ibarət mağazasında sərgilənən əşyalar göz oxşayırdı.

 

 

12 yaşından bu sənətdə olduğunu vurğulayan sənətkar, misdən qazanlar, qablar və bəzək əşyaları hazırladığını deyir:

“Bizdən alveri əsasən bilən adamlar edir. Misdən olan qazanlar, su qabları sağlamlıq üçün çox önəmldidir. Həmin qazanda bişən yeməklər insana xeyirdir. Həkimlər gəlib bizə sifariş verirlər.

Burada yaşı 170-180 il olan qablar var. Misdən hazırlanan məhsullar elədir ki, əsrlər boyu qalsa da, xarab olmur. Hər qiymətə əl işlərimiz var. Hazırda ən bahalı işimiz 700 manata olan qabdır”.

 

İ.İsmayılov deyir ki, Lahıca yay aylarında gələnlər da çox olur:

“Ən çox müştərilərimiz yay aylarında olur. Həmin vaxt burda adam əlindən yer olmur. Yayda müştərilərimizin arasında daha çox xariciləri görərsiniz. Yerli müştərilər də maraq göstərir, amma xaricilərlə müqayisə edəndə azdır. Burda olan bəzi əl işlərini bizdən istəsələr də, qədimi olduğu üçün satmamışıq. Lahıcda hazırlanan bir çox əl işi Rusiyada Ermitaj muzeyində saxlanılır. Misgərliyin paytaxtı Lahıcdı. Digər bölgələrdə olan ustaların çoxu Lahıcdan getmədirlər. Bizdə mis qablardan çox istifadə olunur. Ona görə də uzunömürlü olurlar”.

 

Gənclərin bu sahəyə maraq göstərməməsindən gileylənən misgər deyir ki, misgərlik 1-2 ildə öyrəniləsi sənət deyil:

“Bu sahədə professional olmaq istəyirsənsə, illərlə əziyyət çəkməlisən. İndi gəncləri də qınamaq olmur, bəziləri universitetə qəbul olunur, digərləri ailəsini dolandırmaq üçün başqa sahələrə maraq göstərir. Başqa sənəti 1-2 ildə öyrənmək olur, amma bu sənəti öyrənmək üçün 5-6 il lazımdır. Hazırda bizlər sənəti yaşadırıq. Biz həm bu sahəni yaşadırıq, həm də pulumuzu qazanırıq. Ölkə başçısının sərəncamı ilə biz vergi də vermirik, əziyyət çəkirik və qarşılığını da görürük”.

 

Sənətkarla sağollaşıb, küçəboyu gedirik və başqa bir misgər - Rza Əliyevlə qarşılaşırıq. Bizi emalatxanasına dəvət edən misgər, bu sənətin ona ata-babalarından miras qaldığını deyir:

 

“Biz 10 uşağıq – 6 qardaş, 4 bacı. 6 qardaşın hamısı bu sənətdə işləyir. Demək olar ki, 7-ci  nəsilik ki, bu sənəti ötürə-ötürə gətirib çıxarmışıq indiyə. Misgərlik çox yaxşı sənətdir, amma hazırda maraq azalıb. Ustaların sayı getdikcə azalır. Çox istərdik ki, peşə məktəbləri olsun, uşaqlar öyrənsin. Heyifdi bu sənət, bizdən sonrakı nəsillərə çatdırılmalıdır. Qəsəbənin uşaqlarının çoxu ali təhsil dalınca çıxıb gedir. Bu sevindirici haldır. Elə uşaqlar var ki, onlar əsgərliyə gedib-gələndən sonra bu sahəyə maraq göstərir, onun üçün bir az dəstək vermək lazımdır. Material bahadı, öyrənmək üçün çox vaxtını sərf etməlisən. Nəzərə almaq lazımdır ki, həmin gənc bu müddət ərzində ailəsinə baxmalıdır”.

 

R.Əliyev deyir ki, getdikcə Lahıcda dəmirçilik sənəti yoxa çıxır:

“90-cı illərdə Lahıcda 15 dəmirçi var idi, indi isə demək olar yoxdu. Nalbənd, mıxkəsən var, ancaq dəmirçilik getdikcə yoxa çıxır. İnsanlar gəlir bizdən bıçaq istəyir, hər yer dəmirdi də. Onu döymək, suya salmaq, üzərində işləmək lazımdır. Mənim  bir babam dəmirçi olub, bir babam da misgər. Mən xəncər düzəldim, bıçaq düzəldim, hansını edim? Adam bir sənətə yaxşı yiyələnməlidir. Peşə məktəbi olsa, biz onlara həm dəmirçiliyi, həm də misgərliyi öyrədərik. Mən arada bıçaq da düzəldirəm, elə bıçaq olur qiyməti 200, 500 manat olur. Çəkdiyim əziyyətin qarşılığını görürəm. Amma mən bunların hamısını etməyə vaxt çatdıra bilmirəm. Düzəltdiyim məhsullardan qiyməti 2500, 3000 manata və daha baha olanları var. Elə məhsullar var ki, 2, 3 hətta 5 ay üzərində işləyirəm. Qışda bura gələnlərin sayı az olsa da, yayda adam əlindən tərpənmək olmur. Əl işindən başı çıxanlar bizim sənətə yüksək qiymət verir”.

Misgərin yanından ayrılıb qəsəbəni gəzməyə davam edirik. Evinin qarşısında özlərinin toxuduğu əl işləri və dağlardan topladıqları şəfalı otlarıın satışı ilə məşğul olan  Gülsüm Dəmirova, satdığı otların bütün xəstəliklərə dərman olduğunu deyir.

 

“50 ildir ticarətlə məşğulam. Öz ailə üzvlərimizin hazırladığı əl işlərini burada satıram. 70 yaşım var, burada doğulmuşam, elə 70 ildir də burada yaşamışam. Gedib dağlardan şəfalı otlar yığıb satırıq. Satdığım bu otlardan istifadə edənlər sağlam olur. İndi müştərimiz az olur, amma yayda həm turistlər, həm də yerli əhali çox olur. Gəlib bu şəfalı otlardan, əl işlərindən alırlar”.

 

Lahıc kitabxanası

Məşhur kəlamda deyildiyi kimi: Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.


Bu tarixi qəsəbənin zəngin kitabxanası da diqqətimiz çəkir.  Suallarımızı cavablandıran kitabxanaçı Şəlalə Əliyeva Lahıc əhalisinin kitaba çox maraq göstərdiyini deyir:


“Əvvəl məktəbdə müəllim işləmişəm, 2 ildir ki, kitabxanada çalışıram. Bu işi çox sevirəm. Lahıc əhalisi oxumağa meyllidir. Şagirdlər də, təqaüdçülər də tez-tez gəlib kitab götürürlər. Uşaqlar daha çox uşaq ədəbiyyatına, uşaq ensiklopediyalarına, böyüklər isə daha çox dedektiv janrında kitab oxuyur. Kitabxanamızda 16 mindən çox kitab var. Onlar bir neçə dildədir. Yeni kitablara ehtiyacımız var, uşaqlar demək olar ki, bütün uşaq ədəbiyyatını oxuyublar, yenilərini istəyirlər. Yerli əhali ilə yanaşı, turistlər də kitabxanaya çox maraq göstərir, gəlib burada kitab oxuyurlar. Lahıcda kitabxananın tarixi 100 ildən artıqdır, amma bu bina 1943-cü ildən kitabxana olaraq fəaliyyət göstərir”.

Lahıcın girişində suvenir satan Gülmirə İsgəndərova alverin zəiflədiyini bildirir:

“Həm Lahıcda hazırlanan əl işlərini, həm də kənardan gətirdiyimiz əl işlərini satırıq. Əvvəllər müştəri çox olurdu, indi isə azalıb. Səbirsizliklə yayın gəlməsini gözləyirik, onda bəlkə alver artar”.


Lahıcda gəzməli-görməli yerlər, yazmalı şeylər çoxdur...Vaxt məhdudiyyəti üzündən bu dəfə yazıya burda nöqtə qoyuruq. Gerisi növbəti səfərə qalsın...

 

 

Qafar Ağayev

Nəzrin Rüstəmova

Bakı-Lahıc-Bakı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:21 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12