Modern.az

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş festival davam edir

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş festival davam edir

Mədəni̇yyət

29 Noyabr 2011, 18:03

Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstək verdiyi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan  Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsi keçirilir. Modern.az saytının məlumatına görə, Gənc Tamaşaçılar Teatrında festivalın açılış mərasimi olub. Mərasim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri, incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-in nümayəndələri iştirak ediblər.

Festifalın açılış mərasimində çıxış edən  layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva bildirib ki, dörd  bölgə - İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub ki, onlardan da 12-si seçilib. Deputat  festival çərçivəsində “Art-kamp” keçirildiyini də qeyd edib. “Art-kamp”da tanınmış sənət adamları gənclərə ustad dərsi deyib.

İntiqam Babayev və Vaqif Əliyev bu festivalın gənclərdə milli vətənpərvərlik ruhunun formalaşmasına kömək edəcəyini bildiriblər. 

Çıxışlardan sonra festival tamaşalarının nümayişi başlayıb. Noyabrın 28, 29-da fedtivala seçilən tamaşalar göstərilib. Digər tamaşaların nümayişi noyabrın 30-da olacaq. Festival dekabrın 1-də qala konsertlə yekunlaşacaq. Həmin gün qaliblərin adları da açıqlanacaq. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı