19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsinə yol verilməyəcək - Agentlik 
“Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsinə yol verilməyəcək - Agentlik 
30.01.2019, 22:02

“Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın “Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq alınacaq”.


Modern.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, musiqisi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin sözləri Əhməd Cavada məxsus “Çırpınırdı Qara dəniz” mahnısı Rusiyalı müğənni Avraam Russo tərəfindən başqa adla erməni mahnısı kimi ifa olunub və həmin mahnı Ermənistanda “2018-ci ilin mahnısı” adını alıb:

“Avraam Russonun ifa etdiyi bu plagiat mahnı “Youtube” internet portalında sözləri erməni aşığı Sayat Novaya məxsus “Kamança” mahnısı kimi təqdim olunur. Hələ 2014-cü ildə Türkiyənin Sabah” qəzetində “Çırpınırdı Qara dəniz” mahnısının guya əsərlərinin böyük əksəriyyəti Azərbaycan dilində olan erməni şairi Sayat Novaya aid olması ilə bağlı məlumat yayılmışdı. Müəllif Hüquqları Agentliyi tərəfindən dərhal mahnının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə Əhməd Cavada məxsus olmasını sübut edən hüquqi və arxiv materialları əsasında hazırlanmış arayış təsdiqedici materialların surətləri ilə birlikdə 2014-cü il mayın 7-də faksla, sonra isə əlavə materiallarla birlikdə rəsmi məktubla Türkiyənin Azərbaycandakı səfirliyinə göndərilmişdi. Bununla yanası, Agentliyin saytında da məsələyə dair şərh yerləşdirilmiş və KİV-lərdə yayılmışdı”.

 

Agentlikdən bildirilib ki, “Çırpınırdı Qara dəniz” şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncə şəhərində yazılıb:

“Üzeyir Hacıbəyli 1918-ci ildə bu şeirə musiqi bəstələyib və mahnı bir çox tədbirlərdə ifa edilib. Türkiyәdә çox mәşһur olan bu maһnı müəlliflərin pantürkçülükdə ittiham oluna biləcəyi səbəbinə görə 1920-ci ildәn sonra uzun müddət Azәrbaycanda sәslәndirilmәyib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bu maһnı ictimaiyyәt qarşısında 1993-cü il martın 10-da Bakıda Respublika sarayında Әһmәd Cavadın anadan olmasının 100 illik yubiley gecәsindә sәslәndirilib. 

Bununla yanaşı, bir çox nəşriyyatlarda, o cümlədən “Azərbaycan” nəşriyyatının nəşrlərində, “Musiqi dünyası” jurnalı, həmçinin elektron ensiklopediyalarda bu mahnının musiqisinin məhz Ü.Hacıbəyliyə məxsus olduğu göstərilib”.

 

Əqli Mülkiyyət Agentliyinin musiqi eksperti, xalq artisti professor Faiq Sücəddinovun məsələyə dair rəyinə əsasən, Avraam Russonun ifa etdiyi “Kamança” mahnısı “...Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı, Qara dəniz” mahnısı ilə tamamilə üst-üstə düşür: “Erməni plagiatının növbəti qurbanı olan bu mahnı muğamın şur (keçidində) təsnifində yazılıb. Təsadüfü deyil ki, Səid Rüstəmovun “Gəlmədin” mahnısı, Emin Sabitoğlunun “Dağlar” mahnısı da şur təsnifində yazılmış və Üzeyir bəyin musiqisindən bəhrələnib. Beləliklə, sözügedən mahnı muğamın şur təsnifində yazılan məşhur Azərbaycan mahnısı “Çırpınırdı, Qara dəniz” ilə tam üst-üstə düşür".

 

Agentliyin məlumatında bildirilir ki, əsərin müəllifinin adının göstərilməməsi, əvəzində ifaçının adının ön plana çəkilməsi erməni plagiatının işlənmiş alətidir:

 

"Sayat Novanın müəllifliyinə gəldikdə, onun şeir-mahnılarının, nəğmələrinin 70%-ə qədəri Türk-Azərbaycan dilində yaradılıb və yayılıb. Müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan bunları etiraf edərək yazıb ki, “... ermənilər ancaq türkcə oxuyurlar”, “ermənilərin mahnı ilə dastanları yoxdur”. Tanınmış erməni ədəbiyyatşünası S.Palasanyan isə əlavə edib ki, “...biz (ermənilər) hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik” (S. Palasanyan “Erməni nəğmələri”, S.Peterburq, 1868, erməni dilində). Erməni mənimsəmələrini təsdiqləyən digər erməni sənətşünas M.Nalbandyan isə xüsusi qeyd edib ki, “...əksər musiqi və nəğmələr türklərdən götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitməmişəm...” (N.Nalbandyan, “Qədim şeirlər və nəğmələr haqqında”, Seçilmiş əsərləri külliyyatı, c. 1).

 

Sayat Novanın yaradıcılığı ilə bağlı aparılmış araşdırma da göstərir ki, onun əsərlərinin siyahısında “Çırpınırdı Qara dəniz” adlı şeir yoxdur.

 

Bundan başqa, 1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Саят Нова. Стихи” kitabında da Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın “Kamança” şeiri Valeriy Bryusov tərəfindən rus dilinə tərcümə olunub.

 

Kamança ilə bağlı qeyd etmək lazımdır ki ermənilər tarın və kamançanın azərbaycanlılara məxsus olduğunu dəfələrlə etiraf etmişlər. Trdat Balean, dini xadim, folklor toplayan və naşir: “Aşıq alətlərinin adları türkcədir- saz, santur, kaman, yaxud kamança, bağlama” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).

 

Trdat Balean: “Hətta şeirlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs-səmai, naxişkar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs, təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).

Tbilisidə erməni dilində nəşr edilən “Mşaq” qəzeti 1916-cı ilin 3 sentyabr tarixli nömrəsində yazırdı ki, “...onların qulaqları tar və kamança səsləri ilə doldurulub. Ona görə də şərq musiqisi erməni xalqının cisminə və qanına hopub” (K. İmanov. “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə müsahibəsindən. 15 noyabr 2011-ci il).

 

Azərbaycan mədəniyyəti və onun inciləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bütün dünyada tanınır. Вeynəlxalq səviyyədə də “kamança” musiqi alətinin Azərbaycan xalqına məxsus olduğu qəbul edilib. 2017-ci ildə sonlarında Cənubi Koreyada keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın və İranın birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bundan başqa kamança haqqında Agentlik tərəfindən onlarca elmi məqalə və araşdırmalar dərc olunub, xarici dillərə tərcümə edilib və aidiyyəti üzrə göndərilib. Beləliklə, kamança Şərq və Orta Asiya xalqları arasında müxtəlif adlarla geniş yayılan qədim musiqi alətlərindən sayılır və onun bir neçə növü olub. Kamança yaylı qopuzun törəməsidir (M. Kərimov. “Azərbaycan musiqi alətləri” kitabının ikinci nəşri. 2010. Səh.136). Ortaq türkcədə «kiçik kaman» mənasını verir. Adının əski türkcə “qam” və “an”/”un” sözlərindən (uca, müqəddəs səs) yarandıgı, qam-maqların Tenqri (Tanrı) ilə ünsiyyət məqsədi ilə səsləndirildiyi barədə fikirlər də öz təsdiqini tapıb”.

 

Əqli Mülkiyyət Agentliyi daha sonra bildirir ki, “Çırpanırdı Qara dəniz” mahnısının müəlliflərinin müəlliflik hüquqlarının qorunma müddəti bitdiyi üçün, həmin mahnı və şeir ictimai varidat dairəsindən sayılır və mahnının böyük əhəmiyyət daşıdığını nəzərə alaraq o, ictimai varidatdan dövlət varidatına keçirilib və hazırda dövlət tərəfindən qorunur: “Bununla yanaşı, qeyd etmək lazımdır ki, müəlliflərin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması müddətsizdir. “Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin dəyişdirilməsi orijinal əsər müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarının pozulmasıdır və qanun pozuntusu hesab olunur.

Odur ki, sözügedən əsərin hər hansı formada dəyişdirilməsi, mənimsənilməsi, özgəsinin adına çıxarılması müəllif-hüquq pozuntusu olaraq plagiata çevrilir. Buna görə də Ü.Hacıbəylinin “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın “Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq tərəfimizdən hər zaman alınacaq”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
19.02.2019, 01:06

Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
19.02.2019, 00:53

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Masallıda zəlzələ oldu
19.02.2019, 00:39

Masallıda zəlzələ oldu

Sirkə turşusu içərək özünə qəsd etdi
19.02.2019, 00:27

Sirkə turşusu içərək özünə qəsd etdi

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
19.02.2019, 00:14

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
18.02.2019, 23:57

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO

Azərbaycan nefti bahalaşdı
18.02.2019, 23:43

Azərbaycan nefti bahalaşdı

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
18.02.2019, 23:24

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
18.02.2019, 23:09

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb

Güclü külək Şamaxıya da ziyan vurdu
18.02.2019, 22:53

Güclü külək Şamaxıya da ziyan vurdu

Bakıda 26 yaşlı oğlan itkin düşüb
18.02.2019, 22:42

Bakıda 26 yaşlı oğlan itkin düşüb

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
18.02.2019, 22:30

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Güclü külək Mingəçevirdə fəsadlar törətdi
18.02.2019, 22:14

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
18.02.2019, 21:57

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” -  Səfər Mehdiyev
18.02.2019, 21:34

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
18.02.2019, 21:16

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
18.02.2019, 21:01

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Dəmir yolu ilə yük daşımaları artıb
18.02.2019, 20:58

Dəmir yolu ilə yük daşımaları artıb

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
18.02.2019, 20:46

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
18.02.2019, 20:35

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı

Suriyada partlayış: 9 ölü
18.02.2019, 20:28

Suriyada partlayış: 9 ölü

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
18.02.2019, 20:16

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi

Bakıda işə gedən kişi itkin düşdü
18.02.2019, 20:01

Bakıda işə gedən kişi itkin düşdü

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
18.02.2019, 20:00

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı

18.02.2019, 19:52

"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı

Əhalinin gəlirləri 6%-dən çox artıb
18.02.2019, 19:43

Əhalinin gəlirləri 6%-dən çox artıb

99 dövlət əmlakı özəlləşmədə - VAXT
18.02.2019, 19:34

99 dövlət əmlakı özəlləşmədə - VAXT

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
18.02.2019, 19:25

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
18.02.2019, 19:16

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
18.02.2019, 19:07

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
18.02.2019, 18:58

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
18.02.2019, 18:50

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
18.02.2019, 18:42

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
18.02.2019, 18:34

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   
18.02.2019, 18:27

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
18.02.2019, 18:21

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO

İlk verilişin ilk təəssüratı
18.02.2019, 18:15

İlk verilişin ilk təəssüratı

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
18.02.2019, 18:08

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər   
18.02.2019, 18:01

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər  

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
18.02.2019, 18:01

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu   
18.02.2019, 17:53

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu  

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18.02.2019, 17:49

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI

Tələbələr 9 quruma təcrübəyə göndərildilər   
18.02.2019, 17:41

Tələbələr 9 quruma təcrübəyə göndərildilər  

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
18.02.2019, 17:35

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Manatın sabaha olan məzənnəsi
18.02.2019, 17:34

Manatın sabaha olan məzənnəsi

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
18.02.2019, 17:31

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 
18.02.2019, 17:21

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
18.02.2019, 17:14

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
18.02.2019, 17:03

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18.02.2019, 16:45

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

ARXİV