Arxiv
12 Aprel 2019, 12:17 | HADİSƏ
Elina Hacıyevanın ölümündə həkim məsuliyyətsizliyi sübut olunsa… - Hüquqşünas RƏYİ

Aprelin 4-də VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ölkə gündəminin ən çox müzakirə və narahatlıq doğuran mövzusuna çevrilib. Rəsmi qurumların məsələyə dair “istintaq gedir, hər hansı informasiyanın verilməsi istintaqın gedişinə müdaxilə kimi qiymətləndirilə bilər” açıqlamaları azyaşlının ölümü ətrafında yaranan ajiotajı daha da artırır. Məktəblinin ölümünə əxlaqsız donu geyindirməyə çalışanlar isə dayanmadan mərhumun olduğu sübuta yetirilməyən, üzünün görünmədiyi foto və videoları tirajlamaqda davam edirlər. Bu məsələnin bir tərəfi. Əsas tərəf isə Elina Hacıyevanın anası Sevil Hacıyevanın “Həkimlər qızımı işləməyən aparata qoşduğundan, lazımi təcili tibbi yardım göstərmədiyindən dünyasını dəyişib” iddiasıdır. Əgər istintaqın gedişində bu iddia sübuta yetirilərsə, tibb personalı məsuliyyətə cəlb oluna bilərmi?


“Səhiyyə müəssisələrində xidmət çox aşağıdır”

 

Modern.az-ın mözvu ilə bağlı suallarını hüquqşünas Əliməmməd Nuriyev cavablandırıb.

Ə.Nuriyev bildirib ki, bütün hallarda ona müraciət edən, eyni zamanda köməksiz vəziyyətdə olan şəxslərə tibbi yardım göstərmək həkimin peşə borcudur:

“Məktəbliyə vaxtında kömək olub-olmayıb, bu məsələlər ciddi araşdırma tələb edir. Bəribaşdan kimisi günahlandırmaq önyarğı ola bilər. Eyni zamanda, araşdırma tələb edən işlə bağlı bu vəzifəni yerinə yetirənlərə əlavə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Ümumiyyətlə bir çox səhiyyə müəssisələrində xidmət səviyyəsinin aşağıdır. Səhiyyə sahəsinə diqqət artırılmalıdır. Xüsusilə həkimlərin funksional vəzifələrinin icrası ilə bağlı protokollar var. Hər bir funksiya müvafiq qaydada müəyyənləşdirilib. Amma onlar bunu dəqiqliyilə icra edirlərmi? Bu, hərtərəfli araşdırılmalıdır”.


“Direktorların vəzifəsi yalnız göstəriş verməkdən ibarətdir”

 

Hüquqşünas qeyd edib ki, məktəblinin ölümü ilə bağlı prosesdə çox qəribə gedişat müşahidə olunur:


“Orta məktəblərdə böyük ictimai dinləmələrə ehtiyac var. Tərbiyə, məktəb-valideyn əlaqələri, idarəetmənin qurulması, eyni zamanda  direktorların funksiyaları ilə bağlı məsələlər ciddi müzakirə edilməlidir. Ümumiyyətlə,  araşdırılmalıdır ki, direktorlar nəyin marağındadırlar? Onların işi təhsilin keyfiyyətinin artırılması ilə bağlı vəzifələrinin icrası, yoxsa yeganə olaraq inzibati nəzarəti həyata keçirmək və göstərişlər verməkdənmi ibarətdir? Mütləq şəkildə direktorların vəzifə funksiayalarının icrasına da yenidən baxılmalıdır.

Bu hadisə ətrafında çox müxtəlif versiyalar söylənilir. Məsələ burasındadır ki, uşaq intihar edib. Bu uşağı o intihar həddinə çatdıran səbəblər araşdırılmalıdır. Eyni zamanda, məktəblərdə psixoloqların işləyib-işləmədiyi aydınlaşdırılmalıdır. Orta mətəblərdə belə ştatın olması mənə məlumdur, amma orda çalışanlar vəzifələrini hansı şəkildə icra edə bilirlər? Vaxtlı-vaxtında şagirdlərlə müvafiq işlər görülsəydi, suisidlərə də yol verilməzdi. Bu proseslərə yenidən baxılmalıdır”.

 


“Məktəb-valideyn əlaqələri yetərli deyil”

 

Hüquq müdafiəçisinin sözlərinə görə, qeyd edilən məsələlərlə bağlı məktəblərdə çox ciddi problemlər qalmaqdadır:

“Məktəb-valideyn əlaqələri yetərli deyil. Əlbəttə valideynin də rolu var. Məsuliyyət 50-nin 50-yədir. Amma məktəb elə bir situasiya yaratmalıdır ki, valideyn məktəbə yalnız maddi yardım etmək haqqında düşünməsin. Valideyn məktəbin yadına maddi yardım edilən vaxtda düşməsin. Əgər məktəbin valideynlə sağlam əlaqəsi olsaydı, problem bu həddə qədər gəlib çıxmazdı. Eyni zamanda, digər bu kimi halla qarşılaşanlara da kömək etmiş olardı. Məktəb bunu arzulamayıb. Mən məktəbin o uşağa yardım etmək arzusunu görmürəm. Vurğulayaraq deyirəm ki, məktəblərdə daha çox başqa məsələlərə diqqət yetirilir, nəninki uşaqların təlim-tərbiyə və psixoloji məsələlərinə. Bu dediyim kimi olmasaydı, bu gün ölkədə repititorluq bu qədər geniş yayılmazdı. Bu gün məktəblər öz funksiayalarını yerinə yetirə bilmirlər. Bamayaraq ki, maddi-texniki baza tam olaraq yenilənib. Yüzlərlə məktəb tikilir, təmir edilir. Texniki baxımdan təhsil verməyə şərait var. Amma əsas məsələ-idarəetmə və keyfiyyət baxımından çox ciddi problemlər qalmaqdadır. Bu iş tamamilə yenidən qurulmalıdır.
Hazırda islahatlara cəhdlər edilir, amma prosesə kompleks yanaşmaq vacibdir”.

 

“Prezident və Birinci xanımın nəzarətində olan məsələ mütləq obyektiv araşdırılmalıdır”

 

Ə.Nuriyev həmçinin deyib ki, direktorun Elinanın intiharından 2 saat sonra təcili tibbi yardıma çağırış etməsi iddiası da sübuta yetirilərsə, o, cinayət məsuliyyətinə cəlb edilə bilər:

“Bütövlükdə ölümün səbəblərinin nə ilə bağlı olmasına aydınlıq gətirilərsə, o cümlədən vaxtında təcili tibbi yardımın çağırılmaması sübut olunarsa, hüquqi qərarlar qəbul oluna bilər. Bildiyim qədərilə hazırda araşdırma gedir və bu müddətdə direktor vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, çoxsaylı telefon danışıqları yayılır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu detalların hamısını ciddi araşdırandan sonra müvafiq qərar qəbul edəcəklər. Ələlxüsus da ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məsələni şəxsi nəzarətinə götürüb. Hesab edirəm ki, bu da həmin qurumların məsələyə dəqiq, obyektiv yanaşmasını, həm də sürətli həllini ortaya qoyacaqlar. Çünki Prezident və Birinci xanımın nəzarətində olan məsələ mütləq obyektiv araşdırılmalıdır”.


Qeyd edək ki, aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar  təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putun Cənubi Koreyaya gedir 26 Aprel 2019, 00:51 Daxili işlər nazirləri Daşkəndə toplaşır 26 Aprel 2019, 00:32 XİN rəhbərləri Vaşinqtonda görüşə bilər 26 Aprel 2019, 00:14 Azərbaycan nefti ucuzlaşdı 25 Aprel 2019, 23:56 ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır 25 Aprel 2019, 23:43 Paytaxtda itkin düşən qadın tapıldı 25 Aprel 2019, 23:24 ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib 25 Aprel 2019, 23:10 Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 25 Aprel 2019, 22:54 Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam” 25 Aprel 2019, 22:44 Gələn ay kartof və soğan ucuzlaşacaq 25 Aprel 2019, 22:23 Bərdə sakini özünü evində asdı 25 Aprel 2019, 22:11 Nazir ABŞ səfiri ilə müzakirə aparıldı 25 Aprel 2019, 21:56 Moskvadakı atışmada 2 nəfər öldü 25 Aprel 2019, 21:39 Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək 25 Aprel 2019, 21:17 Salyanda yük maşını ilə minik maşını toqquşdu: 9 yaralı 25 Aprel 2019, 21:15 Türkiyədə beş terrorçu məhv edildi 25 Aprel 2019, 21:02 Rusiya paytaxtında bomba həyacanı: 4 000 insan təxliyyə edildi 25 Aprel 2019, 20:54 Gömrük Komitəsi iddialara cavab verdi 25 Aprel 2019, 20:36 Xaçmazda sahibkarların problemləri dinlənildi 25 Aprel 2019, 20:19 Azərbaycan Uruqvaya NOTA verdi - SƏBƏB 25 Aprel 2019, 20:09 "Formula 1" pilotu Bakıda xəstələnib 25 Aprel 2019, 19:41 Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO 25 Aprel 2019, 19:30 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 25 Aprel 2019, 19:16 Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat 25 Aprel 2019, 19:10 “Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb 25 Aprel 2019, 19:04 Nazir Qəbələdə fermerlərlə görüş keçirdi 25 Aprel 2019, 18:56 Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB 25 Aprel 2019, 18:50 USAID ABŞ-Azərbaycan Ticarət Palatası ilə saziş imzaladı 25 Aprel 2019, 18:44 Deputat seçicilərinin problemlərini dinlədi 25 Aprel 2019, 18:28 Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrindəki şəraitlə tanış olub - FOTOLAR 25 Aprel 2019, 18:20 Amerika Film Festivalı “İnsan Ruhunun Qüdrəti” 25 Aprel 2019, 18:16 Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular 25 Aprel 2019, 18:04 ADU-da SƏLİS-in e-vətəndaş proqramının təqdimatı oldu 25 Aprel 2019, 18:01 Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır 25 Aprel 2019, 17:52 Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO 25 Aprel 2019, 17:26