Modern.az

Telekanallarda xarici seriallar dayandırlır, dublyaj redaksiyaları necə olacaq?

Telekanallarda xarici seriallar dayandırlır, dublyaj redaksiyaları necə olacaq?

28 Aprel 2012, 15:07

Mayıın 1-dən Azərbaycan teleməkanında xarici serialların yayımı dayandırılacaq və həmin gündən etibarən ancaq yerli seriallar nümayiş olunacaq. Buna görə də artıq iri həcmli xarici serialların dublyajına ehtiyac qalmayacaq. Bəs o zaman telekanalların dublyaj redaskiyalarının aqibəti necə olacaq?

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı telekanallarla əlaqə saxlayıb.

“Lider” televiziyasından bildirilib ki, xarici serialların dublyajı dayandırılsa da, dublyaj redaksiyası fəaliyətini davam etdirəcək. “Təkcə xarici seriallar dublyaj olunmur ki, burada xarici bədii və sənədli filmlərin də dublyajı aparılır. Buna görə də bu filmlərin dublyajı üçün dublyaj redasiyaları işləməlidir”.
Televiziyanın dublyaj redaksiyasının rəhbərliyilə əlaqə saxlamağa çalışsaq da, danışmaqdan imtina etdilər.

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov bildirib ki, onlarda ümumiyətlə dublyaj redaskiyası yoxdur.
“Lazım olanda aktyorları çağırırlar, film dublyaj olunur, yəni xususi dublyaj işçiləri saxlanılmır. Yəni bu barədə bizim problemimiz yoxdur. Belə də onsuz da dublyaj yenə lazım olur. Xarici bədii vvə sənədli filmlər dublyaj olunmalıdır, onlara ki qadağa qoyulmayıb” deyə M.Məmnmədov vurğulayıb.

ATV telekanalının mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu da digərlərinin səsləndirdikləri fikirləri deyib: “Dublyaj təklcə xarici seriallar üçün deyil, eyni zamanda bədii və sənədli filmlərin tərcüməsi üçün də lazımdır. Ona görə bizim dublyaj redaksiyası fəaliyətini dayandırmayacaq”.

“Xəzər” televiziyasından verilən məlumata görə, onların dublyaj redaksiyalarında məhdudlaşmalar olacaq.
“Amma dublyaj redasiyası tam olaraq fəaliyətini dayandırmayacaq. Düzdür, əvvəlki iş həcmi olmayacaq. Orada çalışan işçilər başqa verilişlərin hazırlanmasına cəlb olunacaq. Amma xarici bədii və sənədli filmlərin də ana dilində səsləndirilməsi vacib olduğu üçün dublyaj redaksiyalarımız tam olaraq fəaliyətini dayandırmayacaq”.

 

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü