Modern.az

Nazirlikdən növbəti son “Son zəng” AÇIQLAMASI

Nazirlikdən növbəti son “Son zəng” AÇIQLAMASI

Təhsil

30 Aprel 2020, 15:06

““Son zəng”in keçirilməsi mümkün görünmür”. 

 

Modern.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib. 

 

Bildirib ki, buraxılış sinfinin şagirdləri bu baxımdan vəziyyəti düzgün qiymətləndirməlidirlər: “Bu məsələ 11-ci sinif şagirdlərini çox narahat etsə də, ölkəmizdə və dünyada bu gün olan qayğıların fonunda çox sadə qayğı kimi görünür. Amma arzu edərdim ki, vəziyyət elə yaxşılaşsın ki, şagirdlərimiz bu tədbirləri arzuladıqları kimi keçirə bilsinlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!