Modern.az

Oqtay Mirqasımov Rüstəm İbrahimbəyova cavab verdi: “O, ingilislərə ermənipərəst müsahibə verəndə...”

Oqtay Mirqasımov Rüstəm İbrahimbəyova cavab verdi: “O, ingilislərə ermənipərəst müsahibə verəndə...”

Mədəni̇yyət

30 İyul 2012, 18:45

Tanınmış yazıçı-dramaturq, Azərbaycan Kinematoqrafçılar Ittifaqının rəhbəri Rüstəm Ibrahimbəyovla bağlı söz-söhbətlər mətbuatın gündəmindən düşmür. Rüstəm İbrahimbəyovun kinorejissor Oqtay Mirqasımov barəsində mətbuata açıqlaması ikincini hiddətləndirib.

“Oqtay Mirqasımovun necə adam olduğunu hamı bilir. Vaxtilə rəhbər vəzifədə çalışanda kino təsərrüfatını o dağıdıb, kinoteatrları satıb. Bütün bunları mən bəzən yada salıram. Ona görə məndən intiqam alır. Bu baxımdan “Yeni Azərbaycan” qəzetində dərc olunan yalan informasiya Oqtay Mirqasımovdan gələ bilər. Rəsmi şəkildə söyləyirəm, Oqtay Mirqasımovun başı xarabdır” - deyə R.İbrahimbəyov həmkarı haqqında bildirib.

Modern.az ikinci tərəfin, kinorejissor Oktay Mirqasımovun bu ittihamlara cavabını öyrənib:

“Mən  xaricdən təzə qayıtmışam. Rüstəm İbrahimbəyovun nə deməyindən  xəbərim yoxdur. O  sözlər harda deyilib? Onu deyə bilərəm ki, 6 il bundan qabaq mən  Rüstəm İbrahimbəyova lazım olan sözlərimi demişdim. O, İngiltərə radiosuna ermənipərəst müsahibə verəndən sonra, mən ona öz sözlərimi deyib, qapını da çırpıb çıxdım, o vaxtı mən tək idim, ətrafımda heç kəs yox idi.  Harda idi indi danışanlar? İndi onun  nə deməyi heç mənə maraqlı da deyil, mən heç nədən qorxmuram, sadəcə bu, çoxdan olub, mən yaşlı adamam yenidən o mövzuya qayıdıb əsəbləşmək istəmirəm”- deyə  O. Mirqasımov bildirib.

  Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü