Modern.az

İTV sözçüsü: “Azərbaycan “Eurovision-2013”də iştirakdan vaz keçməyəcək”

İTV sözçüsü: “Azərbaycan “Eurovision-2013”də iştirakdan vaz keçməyəcək”

Mədəni̇yyət

17 Dekabr 2012, 18:09

“Azərbaycan “Eurovision” mahnı müsabiqəsində son bir neçə ildir iştirak edir və kifayət qədər uğur qazanıb”. Bunu Modern.az-a açıqlamasında İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov son zamanlar bir çox ölkənin “Eurovision-2013”də iştirakdan imtina etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Eyni zamanda T.Məmmədov onu da qeyd edib ki, bir neçə ölkənin adıçəkilən müsabiqədə iştirakdan vaz keçməsini onların öz əsaslarının olması ilə əlaqəlidir.

“İştirakdan imtina edən ölkələrin öz arqumentləri var. Müsabiqənin şərtləri və səsvermə ilə bağlı bizim də müəyyən fikirlərimiz var. Və biz bu haqda daim müsabiqəni keçirən Avropa Yayımlar birliyi ilə fikirlərimizi bölüşürük. Amma əldə etdiyimiz uğurlar gənc iştirakçı kimi müsabiqəni tərk etməyə əsas vermir. Məncə, müsabiqədən belə tez imtina etsək tamaşaçılar bizi başa düşməzdilər", - deyə T.Məmmədov vurğulayıb. 

Xatırladaq ki, Türkiyə, Yunanıstan və Portuqaliya 2013-cü il “Eurovision” musiqi yarışmasında olmayacaqlarını açıqlayıblar.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü