Modern.az

Fikrət Qoca: “Kamal Abdullanın AYB-dən incikliyi yoxdur”

Fikrət Qoca: “Kamal Abdullanın AYB-dən incikliyi yoxdur”

22 Yanvar 2013, 16:07

Kamal Abdullanın Yazıçılar Birliyinin mükafat komissiyasında sədrliyindən imtina etməsi AYB daxilində müəyyən yeni ziddiyyətlərin mövcudluğuna dair ehtimallar doğurub. Komissiya sədrinin istefasından sonra ona yaxın olan yazarlar biri Bakı Slavyan Universiteti və AYB-nin birgə ədəbi müsabiqəsində iştirakdan imtina edib.

Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca bildirib ki, Kamal Abdulla ilə Birlik arasında heç bir inciklik yoxdur. “Özü Anar müəllimə xoş bir məktub yazıb və bildirib ki, işlərinin çoxluğundan komissiyadakı işinə axt ayıra bilmir. Arada heç bir inciklik olmayıb və dedi-qodular heç bir əsasa söykənmir. Hələ ki Kamal Abdullanın gedişinə etiraz edənlər də yoxdur”.

Aytən Əliyeva

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü