Modern.az

Brilliant Dadaşova, qırmızı royal, qırmızı stullar və qırmızı şamlar...

Brilliant Dadaşova, qırmızı royal, qırmızı stullar və qırmızı şamlar...

Mədəni̇yyət

15 Mart 2013, 12:36

Azərbaycan Dövlət Televiziyası Brilliant Dadaşovanın telekonsertini çəkib. İki hissəli konsertdə xalq artisti “Azərbaycanım”, “Xalqımın günləri”, “Novruzum”, “Ay qız kimin qızısan”, “Güldür məni” kimi sevilən mahnılarını ifa edib. Modern.az-ın məlumatına görə, telekonsert Novruz bayramı günlərində nümayiş ediləcək. Konsertin birinci hissəsi “Aləm gözəl”, ikinci hissəsi isə “Xalqımın günləri” adlanır. Konsertin quruluşçu rejissoru Etibar Babayev, rejissoru Elnur Məmmədovdur.

  Konsertin redaktoru Vidadi Hüseynov bildirib ki, Azərbaycan televiziyası bununla 2007-ci ildən başlayaraq altıncı dəfədir ki, Brilliant Dadaşovanın solo telekonsertini çəkir: “Xalq artistimizin ifasında olan mahnılar çox sevilir. Ona görə də zaman-zaman Brilliant xanımın telekonsertlərini çəkirik. Ötən konsert açıq havada çəkmişdik. Amma bu dəfə çəkilişləri Azərbaycan televiziyasını texniki cəhətdən son avadanlıqlarla yenidən qurulmuş “Qarabağ” studiyasında çəkdik. Bu, televiziyamızın ən böyük studiyasıdır. Və Brilliant xanımın konserti üçün studiyamız maraqlı dekorasiya edilmişdi. Qırmızı royal, qırmızı stullar, qırmızı kiçik şamlar studiyamızı bəzəmişdi. 1 saatlıq konsertdə 270 xırda şam yandırıldı. Üç böyük ekranda isə mahnılara uyğun kadrlar yer almışdi. Brilliant xanım ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadacaq. Dekorasiyalarmız isə göz oxşayacaq”.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü