Modern.az

Əlixan Səmədov: “Çox peşimanam ki, Brillianta Facebook-u öyrətdim”

Əlixan Səmədov: “Çox peşimanam ki, Brillianta Facebook-u öyrətdim”

Mədəni̇yyət

20 Mart 2013, 21:02


Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Brilliantla Pırlantalı gecələr” verilişinin bu həftəki qonaqları qardaş ölkədə uğurla fəaliyyət göstərən, 4 gün əvvəl albomunu təqdim edən Əlixan Səmədov və həmyerlimiz, müğənni Zamiq idi.

Verilişinə xoş xəbərlə başlayan aparıcı bildirib ki, Əlixan Səmədovun albomu satışına görə Türkiyədə birincidir. O bunu təsdiq edən məlumatı saytdan canlı olaraq nümayiş etdirib.

Ə.Səmədov bildirib ki, albomda “Kimlər gəldi, kimlər getdi” mahnısını da oxuyub. Verilişdə bir məsələnin də üstü açılıb. Demə, bu mahnını oxumağı ona Brilliant xanım öyrədibmiş.

Onu da qeyd edək ki, Brilliant xanım şəkərbura, paxlava, qoğal, ləbləbili xonçası, səmənisi ilə Novruz bayramını verilişində yadda qalan qeyd edib. Bayram şirniyyatlarının ləzzəti haqda ürək dolusu danışıb. Əlbəttə ki, Novruz bayramının adət-ənənələri haqda türk dövlətlərinin tamaşaçılarına geniş məlumat verib. Xatırladaq ki, “Brilliantla Pırlantalı gecələr” verilişi türk dövlətlərdə nümayiş etdirilir.

Verilişdə Əlixan Səmədov Brilliant Dadaşova ilə yumurta da döyüşdurüb. Öncədən də şərt kəsiblər. Brilliant xanım deyib ki, o udsa, sevdiyi parfümü Əlixandan hədiyyə gözləyəcək. Amma Brilliant xanımın yumurtası sınıb və ətri Əlixan bəyə o almalı olacaq. Zamiqə də uduzan Brilliant xanım “bu gün şansım məndən uzaq düşüb”, - deyib.

Ə.Səmədov Zamiqə də qalib gəlib.

Həmişəki kimi verilişində “Facebook” səhifəsindəki dostlarının ismarıclarını bölüşən Brilliant xanıma Ə.Səmədov zarafatla “çox peşimanam ki, Facebook-dan istifadəni sənə öyrətdim. İstəyirdim ki, sosial şəbəkədən istifadə edəsən, amma orada bu qədər çox olacağını düşünmürdüm”.

Verilişdə o da bəlli olun ki, Brilliant xanım Zamiqlə bir neçə mahnını duet ifa edəcək. Artıq bütün mahnılar hazırdır, yaxın vaxtlarda müğənnilər səslərini yazdırmaq üçün studiyada görüşəcəklər.

Daha sonra Zamiq repertuarındakı Azərbaycan mahnılarını ifa edin, Ə. Səmədov isə balabandakı mahir ifası ilə tamaşaçılara əsl musiqi ziyafəti yaşadıb.

Onu da qeyd edək ki, martın 21-də Brilliant Dadaşova Gəncədə meydanda xalq konserti verəcək. O verilişdə tamaşaçıları konsertə dəvət edib.

Martın 23-də isə Brilliant xanım İstanbulda Azərbaycan musiqi sevərləri üçün konsert verəcəyini açıqlayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü