Modern.az

Diaspor rəhbəri İlhamə Quliyevanı məhkəməyə vermək üçün Bakıya gəlir: “O, yalan danışır”

Diaspor rəhbəri İlhamə Quliyevanı məhkəməyə vermək üçün Bakıya gəlir: “O, yalan danışır”

Mədəni̇yyət

28 Mart 2013, 15:55

“İlhamə Quliyeva yalan danışıb vəziyyətdən çıxmaq istəyir. Mətbuata bütün informasiyaları mən özüm vermişəm. O istəsəydi, vaxtında mənə zəng edərdi”. Bunu Modern.az-a Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fətiyev deyib. O, İlhamə Quliyevanın mətbuata “onu da bilirəm ki, Mirəşrəf Fətiyevin heç bu yazıdan xəbəri də yoxdur” açıqlamasına münasibət bildirərkən qeyd edib ki, xalq artisti özünü sığortalamaq üçün belə bir cavab verib.

“Bir müddət gözlədim ki, borcunu qaytarsın, qaytarmadı. Mən də məcbur olub bu cür informasiya verdim. Necə yəni bunlardan mənin xəbərim yoxdur?! İlhamə Quliyeva demək istəyirəm ki, mən mətbuata informasiya verməzdən əvvəl dünən sənə zəng etdim. Telefonu bağlamışdın. Və uzun müddətdir ki, onunla əlaqə yaratmağa çalışıram , amma telefonu qaldırmır. Aprelin 15-də Bakıya gələcəyəm və İlhamə Quliyevanı məhkəməyə verəcəyəm. Özü bilər, mən söhbət etməyə üçün çox addımlar atdım, amma o, söhbətdən qaçdı. Bəzi yararsız adamları bu işə qarışdırdı. O, vəd etdiyi müddətdə bir dəfə də olsun zəng edib deməyib ki, pulu qaytara bilmirəm. O mənə deyərdi ki, “100 dollar verirəm, 34 minə 994 dollara  gücüm çatmır”. Mən onu bağışlayardım. Onun etdiyi hərəkətlərə qarşı mən də məcbur olub bu cür addım atdım”.

Şahanə Rəhimli  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı