Modern.az

"Eurovision-2013" başa çatdı - Danimarka 1-ci, Azərbaycan 2-ci oldu

"Eurovision-2013" başa çatdı - Danimarka 1-ci, Azərbaycan 2-ci oldu

Mədəni̇yyət

19 May 2013, 07:55

Ötən gecə İsveçin Malmö şəhərindəki “Malmö Arena”da "Eurovision-2013" Mahnı Müsabiqəsinin final yarışması keçirilib. Modern.az-ın məlumatına görə, 58-ci dəfə təşkil olunan yarışmanın finalında 26 ölkə iştirakçısı qalib olmaq uğrunda mübarizə aparıb.

Ənənəyə uyğun olaraq səhnəyə öncə yarışmanın ötən ilki qalibi Loreen çıxaraq, məşhur "Euphoria" mahnısını ifa edib.

Daha sonra finalın iştirakçı ölkələrindən olan 26 ifaçı öz perfomanslarını nümayiş etdiriblər. Ardınca 39 ölkə tamaşaçılarının sms- səsvermə və proffesional juri seçimi nəticəsində qalib seçilib.

Nəticədə Danimarka təmsilçisi Emmili de Forest 1-ci olub. Səsvermənin nəticəsinə əsasən, o, ifa etdiyi "Only Teardrops" mahnısına görə 281 xal toplayıb.

Azərbaycanı müsabiqədə təmsil edən Fərid Məmmədov 234 xalla 2-ci olub. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.

Üçüncü pillənin sahibi 214 xalla Ukrayna təmsilçisi Zlata Oqneviç olub.

Xatırladaq ki, Azərbaycana yüksək xallar bu ölkələrdən gəlib: İsrail (12), Avstriya (12), Macarıstan (12), Bolqarıstan (12), Rusiya (12), Malta (12), Litva (12), Yunanıstan (12), Gürcüstan (12), Monteneqro (12), Rumıniya (10), Belarus (10) və Ukrayna (10).

Moldovadan, Fransadan və Kiprdən Azərbaycana 8 bal verilib.

Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcüstana, 12 balı isə Ukraynaya verib.

Beləliklə, “Eurovision 2014" yarışması Danimarkada baş tutacaq. 

Qeyd edək ki, bu il Andorra, Bosniya və Hersoqovina, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Çexiya müsabiqədə iştirakdan imtina edib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü