Modern.az

Xalq artisti Siyavuş Aslan vəfat edib

Xalq artisti Siyavuş Aslan vəfat edib

Mədəni̇yyət

27 İyun 2013, 09:28

İyunun 27-nə keçən gecə Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Modern.az-ın məlumata görə, bu barədə xəbəri aktyorun oğlu Eldar Aslan verib.

77 yaşlı S.Aslan uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.  

O, 2010-cu il dekabrın 11-də beyin qan dövranının kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O zaman bir neçə həftə müalicədən sonra həkimlər onu evə yazmışdılar. Amma sonralar davamlı olaraq səhhəti tez-tez pisləşən aktyor müalicə olunurdu.

Siyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub.

O, televiziya tamaşalarında, filmlərdə çoxlu yaddaqalan obraz ifa edib. Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.


S.Aslan bir çox rəngarəng obrazlar yaradıb:

1. Mindilli ("Nişanlı qız", S. Rəhman),
2. Luka ("Həyatın dibində", M. Qorki),
3. Ağaəli ("Günah", R. Əlizadə),
4. Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt),
5. Oddamdı ("Od gəlini", C. Cabbarlı),
6. Fəriş ("Bizim qəribə taleymiz", İ. Əfəndiyev),
7. Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev),
8. Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev),
9. Vanya Koxa ("Hökmdar və qızı", İ. Əfəndiyev),
10. Qərib Qulam ("Mənsiz dünya", N. Xəzri),
11. Əsdulla ("Ah, Paris…Paris!..", Elçin),
12. Kişi ("Mənim ərim dəlidir", Elçin),
13. Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
14. Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
15. Poloni ("Hamlet", U. Şekspir),
16. Sarı ("Varlı qadın", Ə. Əmirli),
17. Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)

Allah rəhmət eləsin!

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü