Modern.az

“Anar Heybətov: “Bütün seriallarda aktyorların məvacibini gecikdirirlər” – MÜSAHİBƏ

“Anar Heybətov: “Bütün seriallarda aktyorların məvacibini gecikdirirlər” – MÜSAHİBƏ

Mədəni̇yyət

4 İyul 2013, 12:07

Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov Modern.az-ın suallarını cavablandırıb.

–       Hazırda bekaram. Bir-iki anlaşma var. Onları təklif də adlandırmaq olmaz. Ola bilsin ki, sentyabr ayından işə başlayaq.
– Serialdır? Yenə Rövşən İsaxla işləyəcəksiniz?
Yox. Hələlik bu barədə geniş danışmaq istəmirəm. Baş tutmaya da bilər. Çünki məni qane etməyən bir neçə məqam var.
– “Pərvanələrin rəqsi” serialının sonunda aktyorların narazılığı oldu. Deyilənə görə, pulunuzu verməmişdilər...
– Bu hal bütün seriallarda baş verir. Amma nədən baş verdiyini bilmirəm. Biz aktyorlar hərdən görüşəndə, danışanda məlum olur ki, vəziyyət eynidir. Hamı eyni sualı verir: “Pulumuzu nə vaxt verəcəklər?”
– Doğrudanmı pullar gecikdirilir?
Bəli. Məsələn, ayın 5-də maaş almalısan, 20-də alırsan. Heç kim də demir ki, nə vaxt alacaqsan. Heç olmasa desələr, adam rahat olar. Özün soruşanda da olursan pis adam.
– Əksər hallarda hətta xalq artistləri də rəsmi şəkildə müqavilə imzalamadan çəkilirlər. Sizin serialda müqaviləniz var idi?
Əvvəl danışmışdıq ki, müqavilə bağlanacaq və o şərtlərə uyğun işləniləcək. Sonra ilk toplantımızda dostluq, qardaşlıq, ailə mühiti yarandı. Hamı kişi kimi söz verdi ki, heç bir problem olmayacaq.
– Amma bu, peşəkarlıq deyil...
– Əlbəttə. Sonra da arada münasibətlər pozuldu, ssenari dəyişikliyi oldu. Serial əvvəldən düşünüldüyü kimi bitmədi, məcburi dəyişikliklər oldu.
– Bu növbəti seriallar üçün sizə dərs oldumu?
Mən özümə cavabdehəm. Çox səbirli, təmkinli insanam, ilanla da yola gedirəm(Gülür).Ona görə də özümdən tam arxayınam. Belə məqamlarda yalnız bir şey eləmək olar – serialı yarımçıq qoymaq. Bunu da özümə sığışdırmıram. Bu da sənətimə olan hörmətimdən irəli gəlir.
– Bəzi sənət yoldaşlarınız deyirlər ki, Anar Heybətov bir çox rolları fakturasına görə udur...
Bunu ilk dəfədir eşidirəm. Belə də fakturamdan narazı deyiləm (gülür). Elə görkəmdə xarakterik rollar oynamışam ki, özüm özümü baxıb qorxmuşam. Bilmirəm bunu kim deyir. Çox istərdim ki, əgər bu belədirsə, mənim özümə desinlər, nəticə çıxarım. Çox adamın dalınca çox şey deyərlər. Bu sözü deyən insana dost deyə bilmirəm. Çünki dost olsaydı, gəlib mənə deyərdi ki, Anar vəziyyət belədir”. Mən də tənqidi normal qəbul edirəm.
– Sizə heç vaxt belə söz deyilməyib?
Xeyr. Amma mən belə şeylərə öyrəncəliyəm. Hələ bu nədir ki!? Adamın arxasınca elə sözlər deyə bilərlər ki? Əgər o adam özünü görkəmsiz, amma sənətkar sayırsa, fikirlərini qəbul edərəm. Mən də onun gördüyü işə inanıramsa, nəticə çıxararam. Mən də deyə bilərəm ki, biri arıqdır, biri kökdür, birinin keçəldir.
– Artıq 37 yaşınız var, heç əməkdar artist də deyilsiniz.
Ummuram, amma versələr xoş olar. Bircə “Anar görkəmiylə udur” deyənlərə xoş olmayacaq. Deyəcəklər ki, görkəminə verdilər.

– Son vaxtlar sizi Facebook-da çox fəal görürəm.

O rəsmi səhifəmdir. Bir xanım idarə edir. Bəzən özüm də oluram.

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü