Modern.az

Kinematoqrafçılar İttifaqının katibi: “Mənə görə studiya rəhbərini tənbeh ediblər” - MÜSAHİBƏ

Kinematoqrafçılar İttifaqının katibi: “Mənə görə studiya rəhbərini tənbeh ediblər” - MÜSAHİBƏ

Mədəni̇yyət

13 Noyabr 2013, 11:20

“Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas problemi dövlət strukturlarının qurumu boykotu etməsi ilə bağlıdır. Bu boykot təkcə maliyyə sanksiyaları, ofisdən çıxarma, layihələrimizin maliyyələşməməsi deyil, həm də təşkilat ətrafında yaradılmış qorxu atmosferidir”. Bunu Modern.az-a AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov deyib.

– Kinematoqrafçılar İttifaqının əsas konseptual layihələri olan “Beynəlxalq Kino Məktəbi”, “Şərq-Qərb” Beynəlxalq Kino Festivalı, bölgələrə yeni filmlərin nümayişi, “Qızıl Çıraq” Milli Kino Mükafatının verilməsi Mədəniyyət və Turizm Nazirliyinin boykotu nəticəsində dayanıb. Başqa bir nümunə deyim: Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Azərbaycanfilm” studiyasının tədbirində iştirak etdim. Tədbirin keçirilməsinə məsul olan dövlət studiyalarından birinin rəhbərini buna görə tənbeh ediblər ki, niyə İttifaqın rəhbərliyindən orda adam olub. Vəziyyət bu cür absurd hədə gətirib çıxarılır. Bəzən üzvlərimizin problemləri ilə bağlı dövlət orqanlarına müraciət etməyə belə çəkinirik. Çünki bu müraciət həmin adamın İttifaq üzvü olduğunu bildirəcək və onun peşə fəaliyyətində problemlər yaranacaq. Üzvlərimizə dəfələrlə “İttifaqın üzvü olana qədər sənə iş verməyəcəyik” deyiblər. İttifaq məxsus Mingəçevirdəki Yaradıcılıq Evində bu ilə qədər qaçqınlar yaşayırdı. İttifaq buna etiraz etmirdi. Amma bu il qaçqınlar köçürüldü və köçürülən kimi “AZENCO” şirkəti Yaradıcılıq Evinin bir korpusunu sökdü. Heç bir səbəb və icazə olmadan. Bununla bağlı məhkəməyə müraciət etmişik. Bununla yanaşı, fəaliyyətimizi davam etdiririk. Yay aylarında Şəkidə yerləşən Yaradıcılıq Evi üzvlərimizin xidmətində oldu. Şəki Yaradıcılıq Evi kinematoqrafçılarımızın sevimli istirahət mərkəzinə çevrilib. Bir ay əvvəl ənənəvi illik mükafatlarımızı təqdim etdik. Bu il onları xalq artisti Fuad Poladov, animasiya ustası Firəngiz Qurbanova və sənədli kino ustası, əməkdar incəsənət xadimi Ziya Şıxlinski aldı.

 - AKİ-nin festivallarını heçş cür bərpa etmək mümkün deyil?

– İttifaqın keçirdiyi “Şərq-Qərb” Beynəlxalq Kino Festivalı, Kinorejissorlar Gildiyasının keçirdiyi Beynəlxalq Audiovizul Festival və Sinema Gənc Kinematoqrafçılar Mərkəzinin keçirdiyi START Beynəlxalq Tələbə Filmləri Festivaldan ilk ikisi bir neçə ildir ki, maliyyələşmə olmadığından dayandırılıb. START isə eyni səbəbdən bu il keçirilə bilmədi. Halbuki hər 3 festivalın kinomuz üçün, beynəlxalq səviyyədə tanınmağımız üçün vacib tədbirlər idi. İndi idman filmləri və turizm filmləri festivalı keçiriblər. İlk iki festivalının da qalibi çəkdiyim filmlər olub. Amma kinomuzun inkişafı üçün məhz kino festivalların keçirilməsi lazımdır. Ermənilərlə müqayisədə bu məsələdə də dala qalırıq. Onların keçirdiyi “Qızıl ərik” Beynəlxalq Kino Festivalı dünyada tanınan tədbirə çevrilib.

– İttifaqın Azərbaycan kino sənətinin inkişafına hər hansı müsbət təsiri olmaması ilə bağlı ittihamlamalar hələ də davam edir...

– Xidmətləri sadalamağa ehtiyac görmürəm. 20 ildir müstəqilik, amma son 20 ildəki filmlərimiz tamaşaçı qəlbinə sovet dövründə çəkilmiş filmlərdən çox yer tapa bilməyib. Kimdən soruşursan, sovet dövrünün filmlərini xatırlayır. Bunun səbəbi ondan ibarətdir ki, sovet rəhbərləri, o cümlədən o dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev də dəqiq bilirdilər ki, effektiv fəaliyyət ancaq yaradıcı təşkilatlarla əməkdaşlıdan keçir. Sovet Azərbaycanı kinematoqrafı Qızıl Fondu dövlətin, “Azərbaycanfilm”in və Kinematoqrafçılar İttifaqının birgə fəaliyyəti sayəsində yaranıb. İndi bu əməkdaşlıq lazımi səviyyədə olmadığından prinsipal keyfiyyət artımı yoxdur. Həm kino istehsalatı, həm kino təbliği, həm də kadr hazırlığı yaxşı səviyyədə deyil.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü