Modern.az

Özbək prezidentin himayə etdiyi “Kamalot” təşkilatının üzvləri Azərbaycanda olublar

Özbək prezidentin himayə etdiyi “Kamalot” təşkilatının üzvləri Azərbaycanda olublar

Mədəni̇yyət

2 Oktyabr 2010, 13:56


Özbəkistanın “Kamalot” gənclər hərəkatının 18 nəfərlik nümayəndə heyəti 27-30 sentyabr tarixlərində ölkəmizdə səfərdə olublar. Səfər çərçivəsində qonaqlar Azərbaycan mədəniyyəti və Gənclər siyasəti ilə yaxından tanış olub, bir-neçə görüşlərdə iştirak ediblər.

Özbəkistanlı qonaqlar səfərləri çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nüaməynədələri ilə görüşüblər. Modern.az-ın məlumatına görə, görüş ATGTİ-nin baş qərargahında keçirilib. Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmiləri, ATGTİ-nin idarə heyəti, departament rəhbərləri və təşkilatın sədri Şahin İsmayilov iştirak edib.
Qonaqlara təşkilat haqqında çəkilmiş film göstərilib.
“Kamalot” gənclər hərəkatının sədrinin 1-ci müavini Firuza Muxamedcanova görüşdə deyib ki, Özbəkistan tərəfi Azərbaycanın gənclər siyasətindən çox şey öyrənə bilər. “Buna görə də biz mümkün qədər sıx və uzunmüddətli əlaqələr qurmalıyıq. Nə qədər çox informasiya mübadiləsi aparsaq, bir o qədər inkişaf edərik”- deyə F.Muxamedcanova söyləyib.

“Kamalot” gənclər hərəkatının Beynəlxalq Əlaqələr Departamentinin nümayəndəsi Elbek Şukurov deyib ki, “Kamalot” Özbəkistan prezidenti İslam Kərimovun təşəbbüsü ilə yaradılıb. E.Şukurovun sözlərinə görə Özbəkistan əhalisinin 60% gənclərdən ibarətdir.
Görüşün sonunda hər iki tərəf bir-birilərinə öz ölkələrinin mədəniyyətini əks etdirən hədiyyələr bağışlayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü