Modern.az

Fəxrəddin Manafov: “O, gənc siyasətçi - həqiqi peşəkardır!”

Fəxrəddin Manafov: “O, gənc siyasətçi - həqiqi peşəkardır!”

Mədəni̇yyət

26 Oktyabr 2010, 12:04

Tanınmış aktyor, Azərbaycanın xalq artisti Fəxrəddin Manafov bildirib ki, 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov millət vəkili olmağa layiqdir.

- Mən Fuad Muradovu yeni nəslin siyasətçisi, savadlı, bir neçə xarici dil bilən, konstruktiv fikir yürüdən bir insan kimi tanıyıram. O, gənc siyasətçi – həqiqi peşəkardır. Mən onun həll olunması çətin olan problemləri bürokratiyasız həll etdiyinin şahidi olmuşam. Bu tək mənim müşahidəm deyil. Dəfələrlə Səbail seçiciləri, qonşularım, tanışlarım heyrətlə mənimlə fikirlərini bölüşürlər və deyirlər ki, bizim deputatın qəbuluna düşmək  çox asandır. O, çox vaxt özü insanların yanına gedir. Sadə vətəndaşlar üçün çox əhəmiyyətlidir ki, onların seçdiyi deputat seçicilərini qəbul edir, onların problemlərini dinləyir və unutmur, (bəzən bu unutmaq tendensiyası məmurlarda olur) əksinə tez bir zamanda həmin problemin həllinə çalışır.
O, seçicilərə şəxsən zəng edir, evlərinə, iş yerlərinə gedir, onlara maddi və mənəvi dəstəyini nümayiş etdirir, müxtəlif aidiyatı təşkilatlarla əlaqə saxlayaraq öz seçicilərinin problemlərinin həll olunmasına çalışır və nəticə əldə olunana qədər sakitləşmir.

Fuad Muradov gənc, müasir insandır. O, kompüter texnologiyasını gözəl bilir və mənə çox xoşdur ki, eyni zamanda incəsənəti sevir və başa düşür. Mən çox az siyasətçilər tanıyıram ki, «Üns», «Yux» «Pantamima teatrı»na gəlir, Ramiz Rövşənin yaradıcılığı bilir.

Fuadla yeni teatrda yeni premiera, ekrana təzə çıxan film haqqında müzakirələr aparmaq çox maraqlıdır. Ondan müxtəlif tədbirlər haqqında əvvəlcədən məlumat almaq olar, məsələn Rastropoviçin qostrolları ilə bağlı.

Onunla qlobalizm, Andredniy Kolayderin xeyiri və zərəri, ümumiyyətlə həyat haqqında söhbət etmək çox maraqlıdır.

Sonda demək istəyirəm ki: Fuad Muradov – hərtərəfli, maraqlı şəxsiyyət, humanist, məsuliyyətli, öz peşəkar və ictimayi fəaliyyətində yüksək keyfiyyətlərə malik insandır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü