Modern.az

“ABŞ-ın addımları yetərli deyil” - Maduro

“ABŞ-ın addımları yetərli deyil” - Maduro

Dünya

1 Dekabr 2022, 12:20

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı sanksiyaları yumşaltmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Maduro bu barədə paytaxt Karakasda keçirdiyi mətbuat konfransı zamanı danışıb.

 

Venesuela prezidenti ABŞ-ın sanksiyaları yumşaltmasını doğru addım kimi qiymətləndirsə də, bunun kifayət etmədiyini söyləyib.

 

“Şübhəsiz ki, bu, doğru istiqamətdə atılmış addımdır, amma bunlar ölkənin neft sektoruna yönələn bütün sanksiyaların aradan qaldırılmasını istəyən Venesuela üçün yetərli deyil”, - deyə Maduro bəyan edib.

 

Onun sözlərinə görə, ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi embarqo və qoyulan sanksiyalar sabiq ABŞ prezidenti Donald Trampın ölkəni ümumdünya iqtisadi sistemindən çıxarmağı hədəfləməsindən irəli gəlmişdi.

 

Qeyd edək ki, 27 noyabrda ABŞ tərəfindən Venesuela ilə münasibətləri normallaşdırmaq məqsədilə ölkəyə qarşı sanksiyaların yumşaldılması qərarı açıqlanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi