Modern.az

Braziliya yığmasının baş məşqçisi istefaya göndərilib

Braziliya yığmasının baş məşqçisi istefaya göndərilib

14 İyun 2016, 23:56

Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa istefaya göndərilib. Modern.az saytı xəbər verir ki, istefa qərarı Dunqanın federasiya rəsmiləri ilə görüşündə qəbul olunub.

 

Onunla birgə bütün məşqçilər heyəti də komandadan ayrılıb. Tezliklə yeni baş məşqçi axtarışlarına başlanılacaq.

 

Qeyd edək ki, Braziliya yığması Amerika Kubokunda qrup mərhələsindəcə mübarizəni dayandırıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok