Bu gün Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula-1" pilotlarının sərbəst yürüşünün üçüncü, yəni sonuncu sessiyası başa çatıb.
Modern.az-ın məlumatına görə, "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton üçüncü sessiyanın yekunu üzrə ən yaxşı nəticə göstərib.
Onun nəticəsi 1:44.352-dir.
Luis Hamiltonun komanda yoldaşı Niko Rosberq ikinci (1:44.610), "Force India"nın pilotu Niko Hyulkenberq isə üçüncü (1:45.540) olub.
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula-1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Ağa AKİFOĞLU