Bakıda daha bir şəxsə qarşı dələduzluq edilib.
“Report”un xəbərinə görə, Bakı şəhər sakini, 42 yaşlı Şahbaz Mikayılov ərizə ilə huquq-muhafizə orqanlarına müraciət edərək 2008-ci ilin dekabr ayında qohumları - 1971-ci il təvəllüdlü Daşqın Məmmədov və Fizuli rayon sakini, 1964-cü il təvəllüdlü Süleyman Zeynalovun onu aldadaraq 180 min ABŞ dolları pulunu aldığını bildirib.
Şikayətçi ərizəsində qeyd edib ki, həmin şəxslər aldıqları pulu indiyədək geri qaytarmayıblar.
Faktla bağlı araşdırma aparılır.
Modern.az