Bakı şəhərindəki mənzillərdən birindən oğurluq etmiş şəxs tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd edilib.
Bildirilib ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Günay Ağayevaya məxsus evdən 1500 manat pul və məişət əşyası oğurlamaqda şübhəli bilinən Ruslan Əliyev tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 14-də Lənkəran rayon sakini Elnur Zeynalovla birgə Gulçəmən Nəsirovaya məxsus evdən 3000 manat pul oğurlamaları da müəyyən edilib.
Lənkəran ŞRPŞ əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Zeynalov rayon ərazisində tutulub.
Gülşən RAUFQIZI