Modern.az

"Azərbaycanda nurçuların hansısa dini icması qeydiyyatdan keçməyib"

"Azərbaycanda nurçuların hansısa dini icması qeydiyyatdan keçməyib"

29 Avqust 2016, 11:46

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında indiyə kimi üzvləri nurçulardan ibarət hansısa dini icmanın qeydiyyata alınmadığını deyib.

Modern.az xəbər verir ki, G.İsmayılov bununla bağlı deyib.

"İndiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icma üzvləri hər hansı dini cərəyana, o cümlədən nurçuluğa mənsub olan şəxslərdən ibarət dini icma qeydiyyata alınmayıb".


Sədr müavini xatırladıb ki, nurçu dini cərəyanına məxsus dini ədəbiyyatların ölkəyə gətirilməsi uzun illərdir qadağan olunub.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək