Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan sentyabrın 3-də Çində keçiriləcək G20 sammitində “Akkuyu” AES və “Türk axını” məsələlərini müzakirə edəcəklər.
Modern.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, Xançjouda keçiriləcək görüşdə birgə strateji layihələrin perspektivləri müzakirə olunacaq.
Modern.az