Modern.az

Ölkəyə qeyri-leqal siqaret gətirilməsinin qarşısı alınıb

Ölkəyə qeyri-leqal siqaret gətirilməsinin qarşısı alınıb

Aktual

3 Sentyabr 2016, 20:53

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.   Modern.az saytı xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 1000 ədəd “Marlboro” və 13.200 ədəd “NZ” markalı siqaretlər aşkar edilib.

 

“Xanoba” gömrük postunda Rusiyadan Azərbaycana gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində isə həmin avtomobildən 2000 ədəd “NZ” markalı siqaret aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok