Modern.az

Xaricdəki Azərbaycandilli məktəblərin dərslik problemi necə həll olunur? - AÇIQLAMA

Xaricdəki Azərbaycandilli məktəblərin dərslik problemi necə həll olunur? - AÇIQLAMA

Aktual

20 Sentyabr 2016, 17:55

Xarici ölkələrdə yaşayan azərbaycanlıların əsas problemlərindən biri də dərs vəsaitləri ilə bağlıdır. Hər il olduğu kimi, bu il də Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklər göndərilib.  

 

Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyi məsələyə aydınlıq gətirib.

 

 

“Gürcüstan və Azərbaycan hökumətləri arasındakı qarşılıqlı razılaşma barədə protokola əsasən,  Gürcüstandakı Azərbaycandilli məktəblərə hər il onların sifarişi əsasında dərsliklər verilir”,-nazirlik bildirib.

 

O da qeyd edilib ki, digər xarici ölkələrə gəldikdə isə bununla bağlı Təhsil Nazirliyi qərar vermir:

 

“Digər xarici ölkələrdə yaşayan azərbaycanlıların dərslik təminatı isə əsasən icmaların və ya səfirliklərin müraciətləri əsasında araşdırılır və müvafiq qərar qəbul edilir”.

 

 

Namidə BİNGÖL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir