Modern.az

“ABŞ-ın öz öhdəliklərini yerinə yetirməməsindən təəssüflənirik”

“ABŞ-ın öz öhdəliklərini yerinə yetirməməsindən təəssüflənirik”

Aktual

4 Noyabr 2016, 20:29

Biz ABŞ hökumətinin öz fiziki və hüquqi vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəssüf hissi keçiririk. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin ATƏT Daimi Şurasının 1117 saylı iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı bəyanatında deyilir.

 

Bildirilir ki, ATƏT-ə üzv ölkələr hüquqi və fiziki şəxslərin qanunsuz fəaliyyətlərinin qarısının alınması və dayandırılması üçün bir sıra öhdəliklər götürüblər: “Biz ABŞ hökumətini ATƏT yanında və digər öhdəliklərini yerinə yetirməyə və bu kimi fəaliyyətlərin qarışını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Biz ABŞ hökumətini ATƏT-in müvafiq icra strukturlarının köməyi ilə öz milli qanunvericiliyini beynəlxalq öhdəliklərə uyğunlaşdırmağa və bu məsələ ilə bağlı dialoqa girməyə çağırırıq”.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok