Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Böyük Oktyabr Sosialist inqilabının 99 - cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Konfransı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açmış və konfrans iştirakçılarını Böyük Oktyabr Sosialist İnqilabının 99 -cu ildönümü münasibəti ilə təbrik edib.
Məruzə ətrafında AKP MK üzvü, Azərbaycan KP Lənkəran RK -nin birinci katibi N. Bağırov, AKP Beyləqan RK -nin birinci katibi İ. Məhərrəmov, AKP Bakı şəhəri, Suraxanı RK-nin birinci katibi Ə. Cabbarov və AKP MK üzvü əmək veteranı A. Məmmədov çıxış ediblər.
Elmi praktiki konfranslar Azərbaycan Kommunist Partiyasının bütün rayon və şəhər təşkilatlarında keçirilib.
Modern.az